Hillə — Vikipediya
Hillə | |
---|---|
الحلة | |
32°29′ şm. e. 44°26′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1101 |
Mərkəzin hündürlüyü | 34 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hillə (ərəb. الحلة) — İraqın mərkəzində, Fərat çayı üzərində şəhər.
Hillə şəhəri Bağdadın 100 kilometr (62 mil) cənubunda yerləşir. 1998-ci ildə siyahı alınmaya görə əhalisi 564.700 nəfərdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hillə şəhəri bir ara şiəliyin mərkəzinə çevrilmişdi. Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər.
Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü. Əllamə Hillinin oğlu Fəxrul-Mühəqqiqinin şagirdi Şəhide-Əvvəl, sonra isə Şəhide-Sani bu mərkəzin məşhur fəqihləri olmuşlar. Onlar Şeyx Müfidin fiqh məktəbini Cəbəle-Amilə gətirdilər və güclü bir hövzə yaradıldı.