Hilodakı Havay Universiteti — Vikipediya

Hilodakı Havay Universiteti
Loqonun şəkli
Map
19°41′58″ şm. e. 155°04′55″ q. u.HGYO
Əsası qoyulub 1941
Tələbə sayı 3.165[1]
Ölkə
Sayt hilo.hawaii.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hilodakı Havay Universiteti

Hilodakı Havay Universiteti — ABŞ-ın Havay ştatının Hilo şəhərində dövlət universiteti.[2] Universitet Havay Sistemi Universitetinin 10 kampusundan biridir.

Universitet 1976-cı ildən bəri Böyük Kolleclər və Universitetlər Komissiyası (BKUK) tərəfindən akkreditasiya edilmişdir.[3] 33 bakalavr və 3 magistr proqramı təklif edir və təxminən 3000 tələbəsi var. Tələbələrin əksəriyyəti Havay sakinləri olsa da, bir çox xarici tələbələr də burada təhsil alır.

Universitet 1945-ci ildə Manoadakı Havay Universitetinin filialı kimi təsis olunmuşdur. Tələbələrin sayı artdığına görə 1955-ci ildə filial indiki yerinə köçdü.

1964-cü ildə Havay Universitetinin prezidenti Tomas Hamilton universitet daxilində fəaliyyət göstərən icma kolleclərinin dövlət sisteminin yaradılması üçün texniki-iqtisadi əsaslandırma nəşr etdi. Tədqiqat Hilo şöbəsi və Havay Texniki Liseyinə Hiloda İcma kolleci yaratmağı tövsiyə etdi. Beləliklə, Böyük Ada qanunvericilərinin müqaviməti səbəbindən Havay Texniki Məktəbi Havay Təhsil Departamentinin nəzarəti ilə Havay İcma Kolleci oldu.

1970-ci ildə universitet Havay Dövlət Qanunverici orqanının aktı ilə yenidən təşkil edildi və yeni yaradılmış Havay Universiteti Sistemininə daxil oldu.

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]
Taylor Center

Universitet Dəniz elmləri, Vulkanologiya, Astronomiya və Havay tədqiqatları üzrə ixtisaslaşmışdır. Havay dili və ədəbiyyatı üzrə magistr proqramı ABŞ-da yerli dilə diqqət yetirən ilk proqramdır.[4]

  • Kənd təsərrüfatı, Meşəçilik və Təbii Sərvətlərin İdarə Edilməsi kolleci
  • İncəsənət və Elmlər kolleci
  • Biznes və İqtisadiyyat kolleci
  • Havay Dili kolleci
  • Əczaçılıq kolleci
  • Təbiət və Sağlamlıq Elmləri kolleci

Hilodakı Havay Universiteti sertifikatlara əlavə olaraq BA, BBA, BS və BSN dərəcələri təklif edir.

Universitet Psixologiya üzrə magistr dərəcəsini təklif edir. Proqram Psixologiya və Məsləhətçilik üzrə Magistrlarin Akkreditasiya Şurası (MAŞ) tərəfindən akkreditə olunub.

  • Imiloa Astronomiya mərkəzi
  • Tropik Kənd Təsərrüfatı və İnsan Resursları mərkəzi
  • USDA Sakit okean hövzəsi - Kənd Təsərrüfatı Tədqiqat mərkəzi
  • Kū Kahau ʻUla - Astronomiya İnstitutu
  • Şərqi Asiya Rəsədxanası
  • Universitet Sinif korpusu
  • Dəniz Elmləri korpusu
  • Elm və Texnologiya korpusu
  • Edit Kanakaole Holl Kampus mərkəzi
  • Ventvort Holl Kampus mərkəzi
  • Tələbə Həyat mərkəzi
  • Kitabxana və Media mərkəzi
  • Hilo Tələbə Xidmətləri korpusu
  • Hilo Yeni İdman zalı
  • Hilo İncəsənət mərkəzi[5]
  1. Integrated Postsecondary Education Data System. 1992.
  2. "Hilo CDP, Hawaii Arxiv surəti 24 noyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-11-24 at the Wayback Machine." U. S. Census Bureau. Retrieved on may 21, 2009.
  3. Statement of Accreditation Status: University of Hawaii at Hilo Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine. WASC Senior College and University Commission. Accessed April 2015.
  4. "KHUOK Home - Ka Haka ʻUla o Keʻelikōlani". Kualono. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
  5. "UH Hilo Main Campus map" (PDF). Hilo.hawaii.edu. 2 November 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 January 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]