III İsmayıl — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şah III İsmayıl | |
---|---|
İsmayıl mirzə Seyid Murtuza oğlu Səfəvi | |
| |
1750 – 1773 | |
Əvvəlki | II Süleyman Səfəvi |
Sonrakı | Raziya Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1733 |
Doğum yeri |
|
Vəfat tarixi | 1773 |
Vəfat yeri | |
Dəfn yeri | İran, Xuzistan, Abadan |
Fəaliyyəti | suveren[d] |
Atası | Seyid Murtuza Mirzə |
Anası | Məryəm Sultan Səfəvi |
Ailəsi | Səfəvilər |
Dini | İslam |
III Şah İsmayıl (fars. شاهاسماعیل سوم; tam adı: Əbu Turab İsmayıl ibn Seyid Murtuza; 1733, İsfahan – 1773, Abadan, Xuzistan ostanı) — Səfəvilər xanədanlığından olan XIII İran şahənşahı. Hüquqi olaraq İran şahı olmuşdur. Dövləti onun adından Kərim xan Zənd və Raziya Sultan idarə etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şah İsmayıl 1733-cü ildə anadan olmuşdur. Sultan Hüseynin nəslindəndir, atası Seyid Murtuza Mirzə, anası Səfəvi hökmdarı Sultan Hüseynin qızı Məryəm sultandir.
1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. İranın cənubunda isə özlərinə Şiraz şəhərini mərkəz seçən fars Zəndlər sülaləsi hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlara çox gözəl aydın idi ki, Nadir şahın öldürülməsinin və Əfşarlar İmperiyasının parçalanmasının ən böyük səbəblərindən biri də məhz Səfəvilər sülaləsi amili idi ki, Kərim xan Zənd və Əli Mərdan xan Bəxtiyari də bundan məharətlə istifadə etdilər. Belə ki, 1747–1749-cu illərdə Əfşar Xanədanlığı özü də dərin siyasi böhran keçirirdi. Hakimiyyət uğrunda mübarizələr və daxili çəkişmələr nəticəsində dövlət zəifləmişdi. Bu sülalənin hakimyyəti yalnız Xorasanda mövcud idi. 1749-cu il dekabr ayında saray çevrilişi nəticəsində Şahrux İran şahlığından məhrum edildi və 19 yanvar 1750-ci ildə hakimiyyətə, II Süleyman şah Səfəvi adı ilə Mir Seyid Məhəmməd gəldi, lakin az sonra 1750-ci ilin mart ayında saray çevrilişi nəticəsində II Süleyman şah Səfəvi devrildi və hakmiyyətə yenidən Şahrux şah Əfşar gəldi. Bu hadisələrlə eyni vaxtda 1750-ci il yanvarın 19-da İsfahana daxil olan Əli Mərdan xan Bəxtiyari və Kərim xan Zənd tərəfindən hakimiyyətə III Şah İsmayıl adı ilə 17 yaşlı İsmayıl gətirildi. Və əslində (hüquqi olaraq) İranda Səfəvilər sülaləsinin hakimiyyəti bərpa olundu, lakin İsmayılın heç bir real gücü və hakimiyyəti yox idi. Belə ki, dövləti onun adından vəkil adı ilə Kərim xan Zənd və Raziya Sultan idarə edirdi. Əslində Zəndlər və Bəxtiyarilər III Şah İsmayıldan xalqı yatışdırmaq və öz hakimiyyətlərini rəsmi etmək üçün istifadə edirdilər. Onu isə İranın cənubunda Abadan şəhərində qalada həbsdə tuturdular və o, heç bir vəzifəsini icra edə bilmirdi. Əli Mərdan xan Bəxtiyari öldürüldükdən sonra isə Kərim xan Zənd, tək başına İranın cənubunu idarə edir və bu dövrdə yenə də III Şah İsmayıl qalada həbsdə saxlanılırdı. 1773-cü ildə isə III Şah İsmayıl İranın cənubunda Xuzistan vilayətindəki Abadan şəhərində saray dustaqlığındaikən vəfat etdi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- E. van Donzel, B. Lewis, Ch. Pellat Encyclopédie de l'Islam G. P Maisonneuve & Larose SA Paris 1978.
- İran Ensiklopediyası saytı
- Abu’l-Ḥasan Ḡaffārī Kāšānī. "Golšan-e morād". ed. Ḡ-R. Ṭabāṭabāʾī Majd. Tehran. 1990. səh. 42, 58, 110
- Abu’l-Ḥasan Golestāna. "Mojmal al-tawārīḵ". ed. M.-T. Modarres Rażawī. Tehran. 1977. səh. 172–73, 181–82, 192, 214–15.
- Ṣādeq Nāmī. "Tārīḵ-e gītīgošāy". ed. S. Nafīsī. Tehran. 1938. səh. 16.
- J. R. Perry, "The Last Safavids, 1722–1773". Iran IX. 1971. səh. 66–69.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]III İsmayıl Doğum: 1733 Vəfat: 1773 | ||
Haqq iddası titulları | ||
---|---|---|
Sələfləri II Şah Süleyman | Səfəvilər (صفویان) Şahlıq iddiaçısı 1750-1773 | Xələfləri Raziya Sultan |