III David Kuropalat — Vikipediya
III David Kuropalat | |
---|---|
gürc. დავით III კუროპალატი | |
Tao-Klarceti kuropalatı | |
966 – 1000/1001 | |
Əvvəlki | V Adarnase |
Sonrakı | II Qurgen |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 930-cu illər |
Vəfat tarixi | 1001 və ya 31 mart 1000 |
Vəfat yeri |
|
Vəfat səbəbi | zəhər[d] |
Fəaliyyəti | monarx |
Ailəsi | Baqrationi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
III David Kuropalat (gürc. დავით III კუროპალატი, Davit III Kuropalati) və ya III Böyük David (gürc. დავით III დიდი, David III Didi), həmçinin sadəcə II David (930-cu illər – 1001 və ya 31 mart 1000, Tao-Klarceti[d]) — 994-cü ildən Tao-Klarceti kuropalatı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]David Baqration ailəsinin nümayəndəsi kuropalat V Adarnasenin oğlu idi.[2] O, Bizans imperiyasının siyasi hadisələrində fəal iştirak etmiş və Bizansa əhəmiyyətli xidmət göstərmişdir. David Kiçik Asiyada üsyan edən Varda Sklirin məğlub edilməsində iştirak etmişdir. David 996-cı ildə Manazkerti müsəlmanlardan alıb orada öz qarnizonunu qurmuşdur. Davidin uğurlarından qıcıqlanan qonşu müsəlman əmirləri birləşərək ona qarşı çıxmışdılar. David buna cavab olaraq, Abxaziya çarı III Baqratdan, Ani şəhərinin hakimi Qagikdən, Qars hökmdarı II Qagik-Abasdan kömək istəmiş və Ərməniyyənin müsəlman hökmdarı Məmlunun başçılıq etdiyi müsəlman ordusunu məğlub etmişdir. Erməni tarixçisi Stepanos Taronetsi David haqqında yazmışdır:[3]
Böyük kuropalat David öz mərhəməti və sülhsevərliyi ilə dövrümüzün bütün hökmdarlarını üstələyib. David bütün şərq ölkələrində, xüsusilə Ermənistan və Gürcüstanda sülh və gözəl əxlaq yaratdı. O, aramsız müharibələrə son qoydu, ətrafda yaşayan bütün xalqları məğlub etdi. |
David zəhərlənərək öldürülmüşdür. O, vəfat etməzdən əvvəl Bizans sərhədlərinə bitişik olan mülklərinin bir hissəsini Bizans imperatoru II Vasiliyə vəsiyyət etmişdir.[4] Bunun nəticəsində II Vasili ilə Gürcüstan çarı I Georgi arasında şiddətli müharibə baş tutmuşdur. David gürcü yazı və maarifinin himayədarı kimi tanınır. Davidin dövründə indiki Gürcüstanın cənubunda bir neçə məbəd ucaldılmışdır.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Давид III Куропалат // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑ Гусейнов, Р. А. (1974) Сирийские источники по истории Закавказья X—XIV веков. Историко-филологический журнал, № 2 . pp. 47—54.
- ↑ Николай Бердзенишвили. История Грузии. Тбилиси: Цодна. 1962. "Arxivlənmiş surət". Archived from the original on 2020-11-20. İstifadə tarixi: 2023-01-21.
- ↑ Cyril Toumanoff. Armenia and Georgia // The Cambridge Medieval History . IV: The Byzantine Empire, part I, chapter XIV. Cambridge. 1966.
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //