III Napoleon — Vikipediya
III Napoleon | |
---|---|
fr. Napoléon III | |
| |
20 dekabr 1848 – 2 dekabr 1852 | |
Sonrakı | Adolf Tyer |
Fransa imperatoru[d] | |
2 dekabr 1852 – 4 sentyabr 1870 | |
Fransa həmşahzadəsi[d] | |
20 dekabr 1848 – 4 sentyabr 1870 | |
Əvvəlki | I Lui-Filipp |
Sonrakı | Adolf Tyer |
Şəxsi məlumatlar | |
Doğum adı | Charles Louis Napoléon Bonaparte |
Doğum tarixi | 20 aprel 1808[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 yanvar 1873[1][2][…] (64 yaşında) |
Vəfat səbəbi | sepsis |
Hərbi xidmət | |
Döyüşlər | |
| |
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
III Napoleon tam adı Şarl Lui Napoleon Bonapart (fr. Charles Louis Napoléon Bonaparte; 20 aprel 1808[1][2][…], Paris, Fransa[3][4] – 9 yanvar 1873[1][2][…]) — İkinci Fransa Respublikasının prezidenti, fransızların ilk prezidenti, İkinci imperiyanın ilk və fransızların III imperatoru, imperator I Napoleonun qardaşı oğlu.
Bir sıra çevriliş cəhdindən sonra dinc yolla 1848-ci ildə II Respublika prezidenti kimi hakimiyyətə gəlmiş, 1851-ci ildə qanuni hakimiyyəti ləğv edib avtoritar polis rejimi yaradaraq bir ildən sonra özünü III İmperator elan edir. On illik qəddar bonapartizm ideyaları altında idarəçilikdən sonra 1860-cı ildə demokratik reformalar apararaq Fransanın iqtisadi, sənaye potensialının güclü inkişafına səbəb olmuşdur. 1870-ci ildə liberal konstitusiya qəbul edildikdən sonra, hakimiyyət yenidən qanuni parlamentə qayıdır. Fransa–Prussiya müharibəsində almanlara əsir düşən III Napoleon Fransanın sonuncu monarxı sayılır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Kimliyi və gəncliyi
[redaktə | vikimətni redaktə et]Şarl Lui Napoleon Bonapart Hollandiya kralı Lui Bonapartın oğlu eyni zamanda I Napoleonun qardaşı oğludur. Anası Hortenziya de Boharne də I Napoleon nəslinə aid olub (atası Aleksandr Vikonti terror nəticəsində öldürüldükdən sonra anası Jozefina Taşer de la Boharne I Napoleona ərə getmişdir.), Napoleon Bonapartın ögey qızı sayılır.
Şarl Lui Napoleon Bonapart adı altında dünyaya gəlsə də, onun Lui Filippin qanunsuz oğlu olması barədə çoxlu fərziyələr mövcuddur.
I Napoleonun saray iqamətgahında anasının təsiri altında böyüyən Şarl Napoleon Bonaparta rəğbət ruhunda tərbiyə almışdır. Təbiətcə mülayim, yumşaq, əliaçıq xasiyyətli olsa da, nadir hallarda özündən çıxardı. Napoleon ideyalarına sədaqətliliyi onu hakimiyyət hərisinə çevirir və bu yolda maneələri inamla, qətiyyətlə dəf edərdi. Bunun üçün isənilən üsula əl atmaqdan çəkinməzdi.1814-cü ildən başlayaraq Lui Napoleonun cavanlığı qəriblikdə keçmişdir. İmperiyanın süqutundan sonra kraliçac Hortenziya daha Fransada qala bilməyib Almaiyaya üz tutur, lakin burdan da qovulduqdan sonra İsveçrəyə pənah gətirir. Boden gölünün sahilində almış olduğu Arenenberq qəsrində]].[5] iki oğlu ilə yerləşir. Aqusburqda 1821–1823-cü illərdə St. Anna gimnaziyasına getməsinə baxmayaraq, bu yerdəyişmələr Lui Napoleonun sistematik təhsil almasına mane olduğundan anasından savayı abbat Bertran və Leba onunla məşqul olmuşlar. 1829-cu ildə İsveçrədə Tun artilleriya — topçular məktəbinə daxil olur və artilleriya kapitanı kimi İsveçrə ordusunda hərbi xidmət göstərir. 1832-ci ildən İsveçrə vətəndaşlığına Turqau kantonunun fəxri vətəndaşı kimi qəbul edilir ki, bu da ona fransız vətəndaşlığını saxlamaq imkanı verir. O "Considérations politiques et militaires sur la Suisse" (1833) adlı broşürünün və "Manuel d’artillerie" (1836) kitabının müəllifidir.
İtaliyada çevriliş və eksil həyatı
[redaktə | vikimətni redaktə et]1829-cu ildə Lui Napoleon Rus-Türk müharibəsində iştirak etməyi planlaşdırır. Bu məqsədlə ilk növbədə o qardaşı ilə birlikdə italyan gizli siyasi təşkilatı olan Karbonarilər (it. carbonaro kömürçü deməkdir) ilə əlaqə yaradırlar. Orada o, Civita Castellana düşərgəsinə rəhbərlik edir. Müqavimət hərəkatının məğlubiyyətindən və qardaşının ölümündən sonra, I Lui Filippin hələ hakimiyyətdə olması onun anası ilə birlikdə Fransaya dönməsinə imkan verir.[6] Strazburqda Lui Napoleon bir qədər zabiti Böyük Fransa yaratmaq ideyası ilə öz tərəfinə çəkərək artilleristlər reqimentini ələ almış olur. Lakin Strasburqda qərar tutan piyada bölüyü çevrilişdə iştirakdan imtina edərək onları məğlub və 9 noyabrda həbs edərək Parisə gətirir. Kral Lüdoviq Filipp tərəfindən ABŞ-yə mühacirətə getməsi şərti ilə bağışlanılır. 21 noyabr 1836-cı ildə Andromed freqattasında Rio de Jeneirodan keçərək Nyu-Yorka gəlir.[7] Anası 1837-ci ildə ölüm yatağında olarkən Arenenberqə qayıdır. Lakin Fransanın tələbindən sonra İsveçrəni tərk edərək İngiltərəyə gələrək Londonda ikinci çevrilişə hazırlaşır.
Prezident və İmperator
[redaktə | vikimətni redaktə et]Lui Napoleon 1848-ci ildə fevral inqilabından sonra Fransaya dönərək sosial ədalətlilik və milli böyüklük şüarları altında demokratik yolla hakimiyyətə gəlməyə çalışır. Dekabr ayında prezident seçkilərində rəqibi Lui Ejen Kavenyaka verilən 7317344 səslərdən 5430000-i toplayaraq qalib gəlir. 1849-cu ildə Lui Napoleon qoşunları İtaliya üzərinə yeridərək kilsə-dövlət statusunu yenidən bərpa etməyə çalışır. Nəhayət 2 iyulda Roma ələ keçirilir. Hakimiyyət müddətinin sona çatmasına az müddət qalmış Lui Napoleon 2 dekabr 1851-ci ildə dövlət çevrilişi edərək, qanlı çəkişmə və vətəndaş qarşıdurmasından öz xeyrinə istifadə edərək konstitusiya ona diktator səlahiyyəti verə biləcək dəyişiklikliyi xalq səsverməsinə çıxararaq səs çoxluğu ilə (7,5 milyon lehinə və 640000 əleyhinə) təsdiqləyir.
21 noyabr 1852-ci ildə imperiyanın bərpa edilməsi səs çoxluğu ilə (7824000 lehinə və 253000 əleyhinə[8]) təsdiqlənərək Lui Napoleon 2 dekabr 1852-ci ildə Fransa İmperatoru III Napoleon adı ilə elan edilir. Avtoritar II İmperiyanın imperatoru III Napoleon mütləq hakimiyyətə malik idi. Belə ki parlament qanunvericilikdən kənar olub ancaq imperatorun təqdim etdiyi qərarları qəbul etməyə qadir idi. O parlamentarizmi dəstəkləyənləri həbs etdirir və ya da ölkəni tərk etməyə məcbur edirdi. Bunların arasında Lui-Ejen Kavenyak, Viktor Hüqo, Adolf Tye, Luis Jüşo de Lamorisier və Mari-Alfonsa Bedeu da vardı.
Hakimiyyəti
[redaktə | vikimətni redaktə et]III Napoleon şərq məsələsinə ciddi yanaşırdı və istəmirdi ki, Osmanlı İmperiyasının əsas mövqeləri rusların əlinə düşsün. Qüds məsələsində katolik kilsəsinin dəstəyini alan III Napoleonun mövqeyi rus çarı I Nikolay mövqeyi ilə ziddiyyət təşkil edirdi. I Nikolayın Osmanlı İmperiyasındakı ortodoks kilsələrinin qəyyumluğunu öz üzərinə götürərək, Qüdsü öz təsir dairəsində saxlamaq məqsədilə Osmanlı İmperiyasına qarşı qoyduğu tələbə qarşı çıxaraq III Napoleon 1854-cü ilin mart ayında Rusiyaya qarşı müharibəyə qoşulur. Osmanlı İmperiyasının dağılması hesabına öz ərazilərini genişləndirməyə çalışan Rusiyaya qarşı müttəfiq qoşunlar Fransanın komandanlığı altında 1854–1855-ci illərdə Varna və Krıma çıxaraq Sevastopol qalasını tuturlar.
III Napoleon Rusiyanın daha da içərilərinə irəliləmək planını hazırlasa da, onun generalları əmisi Napoleon Bonapartın taleyindən ibrət götürməyi tövsiyə edirlər. Eyni zamanda orduda xəstəlik və böyük itkilər nəticəsində hökm sürən ruh düşkünlüyü də onu bu fikrindən daşındırır və sülhə razı olur.[9] III Napoleon bir daha diplomatlıq qabiliyyətini göstərərək Paris konqresində Fransa İmperiyasının hegemonluğunu Avropada bir daha təsdiqlədi. Keçmiş kontinental Rusiya İmperiyasının yerini Fransa tutmuş oldu. İndi Rusiya Avstriyanın deyil Fransa və Prussiyanın müttəfiqinə çevrilmişdir. Sülh danışıqları zamanı III Napoleonun oğlu Lui Ejen dünyaya gəlir. Bu öz növbəsində Bonapart sülaləsinin uzunmüddətli hakimiyyətindən xəbər verirdi.[10] 1855-ci ildə iki sui-qəsd cəhdinə məruz qalsa da (28 aprel italyanlı Covani Pyanori və 8 sentyabr Eduard Bellemar tərəfindən) Krım müharibəsində ki, qələbə, müvəffəqiyyətli Paris sülh konfransı və ölkə iqtisadiyyatının yüksəlişi onu daha da məşhurlaşdırdı.[11] III Napoleon 1858-ci ildə Vyetnama dəniz ekspedissiyasında iştirak etmişdir.
1870-ci ildə Prussiya və Fransa arasında gərginlik yaşanır. Fransanın hərbi gücünə arxalanaraq əldə edəcəyi qələbə ilə öz siyasi səhvlərini ört-basdır etmək məqsədilə müharibəyə başlayır. Fransa İmperatoru baş komandanlığı öz üzərinə götürərək Metç qalasına gəlir. Lakin sidik kisəsinin iltihabı və kəskin ağrıları 30 avqust-da komandanlığı marşal Mak-Mahonsa təhvil verməyə məcbur edir. Beumont döyüşündən sonra Metç qalasına qayıdarkən prussiyalıların mühasirəsinə düşərək Sedan döyüşündə 2 sentyabr 1870-ci ildə əsir düşür. Bu hadisədən iki gün sonra Fransada III respublika hakimiyyəti elan edilir. III Napoleon prussiya truppası tərəfindən Kasselə gətirilir. 5 sentyabr 1870-ci ildə onu qalmaq üçün Jeromdakı əmisinin keçmiş iqamətgahı olmuş Vilhelmhöhe qəsrinə gətirirlər. 30 oktyabr 1870-ci ildə ona keçmiş imperatriça Yevgeniya ilə görüşməyə imkan verirlər. Müharibə tam şəkildə fransızların məğlubiyyəti ilə bitir.
Ölümü
[redaktə | vikimətni redaktə et]Sülh müqaviləsindən sonra azad buraxıldıqdan sonra İngiltərəyə, Çizelherstə gedərək ömrünün sonuna kimi orada qalır. Fransaya qayıtmaq üçün plan hazırlasa da 9 yanvar 1873-cü ildə vəfat etdiyinə görə həyata keçirməyə müvəffəq olmur. 6 yanvar sidik kisəsi daşının çıxarılması əməliyyatı kecirir. 9 yanvar təkrar əməliyyat zamanı (o vaxtlar xloroform narkozunun ürəyə mənfi təsirləri məlum deyildi) xloroformun təsirindən kəskinləşən ürək çatışmazlığından vəfat edir. III Napoleon Müqəddəs Mişel Abbatlığında dəfn edilmişdir. Onun həyat yoldaşı Imperatriça Yevgeniya Mariya və yeganə oğlu Napoleon Ejen da bu abbatlıqda dəfn edilmişlər.
Həyat yoldaşı və oğlu
[redaktə | vikimətni redaktə et]İmperator elan edildikdən sonra 29/30 yanvar 1853-cü ildə ispan qrafinyası Yevgeniya Mariya İqnasiya Avqustina Palafoks de Qusman Portokapperoya evlənmişdir. Lakin onlar arasındakı nikahı xoşbəxt adlandırmaq olmaz. Belə ki, III Napoleonun açıq-aşkar gəzəyən həyat sürməsi onu məyus etmişdi. İmperator gözəl qrafinyaya əvvəlki kimi maraq və diqqət göstərmirdi. Bu sarsıntıların nəticəsində tez-tez uşaq düşürmələrdən, çətinliklə keçən hamiləlik və doğuşdan sonra onların bir oğlu Napoleon Ejen dünyaya gəlmişdir.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- T. A. B. Corley: Napoleon III: ein demokratischer Despot. Kohlhammer, Stuttgart 1982, ISBN 978-3-17-094111-3.
- Michael Erbe: "Napoleon III. (1848/52–1870)". In: Peter Cl. Hartmann (Hrg.): Französische Könige und Kaiser der Neuzeit. Von Ludwig XII. bis Napoleon III. 1498–1870. C. H. Beck München 1994, ISBN 978-3-406-38506-3 (S. 422–452.).
- Konstantin Frantz: Masse oder Volk. Louis Napoleon. Herausgegeben und mit einer Einleitung versehen von Franz Kemper. Potsdam: Alfred Protte Verlag 1933.
- Catherine Granger: L'empereur et les arts: la liste civile de Napoléon III. Reihe: Mémoires et documents 79, École des Chartes, Paris 2005, . ISBN 2-900791-71-5.
- Dominik Gügel, Christina Egli: Napoleon III. Der Kaiser vom Bodensee. Labhard Medien, Konstanz 2008. ISBN 978-3-939142-26-3.
- Franz Herre: Napoleon III. Glanz und Elend des zweiten Kaiserreiches. Bertelsmann München 1990.
- Franz Herre: Napoleon III. Eine Biographie. FOCUS Edition Band 1, Diederichs, München 2006, ISBN 978-3-7205-2860-3.
- Joachim Kühn: Napoleon III. Ein Selbstbildnis in ungedruckten und zerstreuten Briefen und Aufzeichnungen. Napoléon Museum Arenenberg, Salenstein 1993. ISBN 3-85809-086-7.
- Heinz Rieder: Napoleon III. Abenteurer und Imperator. Casimir Katz Verlag, Gernsbach 2006. ISBN 3–938047–16-X.
- Felix Schlagintweit: Napoleon III. Lulu und Eugenie. Theodor Ackermann, München 1935.
- German Werth: Der Krimkrieg. Geburtsstunde der Weltmacht Russland. Straube, Erlangen, Bonn, Wien 1989. ISBN 3–927491–08-X, als Taschenbuch: Ullstein 1997, ISBN 978-3-548-34949-7.
- Johannes Willms: Napoleon III. Frankreichs letzter Kaiser. C. H. Beck, München 2008. ISBN 978-3-406-57151-0.
- Karl Marx: Der achtzehnte Brumaire des Louis Bonaparte (1852) Online.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Charles, Louis Bonaparte (fr.). / Assemblée nationale
- ↑ 1 2 3 4 Lundy D. R. Charles Louis Napoleon Bonaparte // The Peerage (ing.).
- ↑ 1 2 Наполеон III // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Archivio Storico Ricordi. 1808.
- ↑ Bodensee-Magazin Spezial: Napoleonmuseum — Schloss Arenenberg, das schönste Schloss am Bodensee. Konstanz: Labhard 2005. ISBN 3-926937-85-8
- ↑ Heinz Rieder: Napoleon III. Abenteurer und Imperator S. 44 ff.
- ↑ Heinz Rieder: Napoleon III. Abenteurer und Imperator S. 62 ff.
- ↑ Heinz Rieder: Napoleon III. Abenteurer und Imperator S. 188.
- ↑ Heinz Rieder: Napoleon III. Abenteurer und Imperator S. 215.
- ↑ Heinz Rieder: Napoleon III. Abenteurer und Imperator S. 217.
- ↑ http://www.retrobibliothek.de/retrobib/seite.html?id=131757 Arxivləşdirilib 2021-06-21 at the Wayback Machine, zugegriffen am 23. Mai 2009.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]SƏLƏF I Lui Filipp (XXXVI Fransa kralı) | III Napoleon Bonapart sülaləsi imperatoru | XƏLƏF Lui Adolf Tyer (III Respublika prezidenti) |