III Viktor Emanuel — Vikipediya
III Viktor Emanuel | |
---|---|
it. Vittorio Emanuele Ferdinando Maria Gennaro di Savoia | |
29 iyul 1900 – 9 may 1946 | |
Əvvəlki | I Umberto |
Sonrakı | II Umberto |
9 may 1936 – 5 may 1941 | |
Əvvəlki | Hayle Selassi |
Sonrakı | Hayle Selassi |
16 aprel 1939 – 8 sentyabr 1943 | |
Əvvəlki | I Zoğu |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 noyabr 1869[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 dekabr 1947[1][2][…] (78 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | I Umberto |
Anası | Kraliça Marqerita |
Həyat yoldaşı | Qaradağlı Elena |
Uşaqları | |
Ailəsi | Savoyya sülaləsi |
Dini | dinsizlik[4][5] |
Hərbi xidmət | |
Döyüşlər | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
III Viktor Emanuel (it. Vittorio Emanuele III; 11 noyabr 1869[1][2][…], Neapol[3] – 28 dekabr 1947[1][2][…], İsgəndəriyyə[3]) — İtaliyanın üçüncü kralı, bundan başqa, Efiopiyanın imperatoru (1936-1941), Albaniyanın (1939-1943) kralı olmuşdur. Lakin bu ünvanlar bir çox iri dövlətlər tərəfindən tanınmırdı. Onun hakimiyyəti, atası I Umbertonun qətlindən sonra başladı. III Viktor Emanuelin hakimiyyəti, İtalyan faşizminin yaranması, inkişaf etməsi və tənəzzül etməsi dövrünü əhatə edir. II Dünya Müharibəsində İtaliyanın məğlub olmasından sonra, monarxiya ağır böhran keçirməyə başladı. Dövlətdə monarxiyanın saxlanıb-saxlanmaması referendumda həll olunmalı idi. Referendumda monarxiya tərəfdarlarının təzyiqləri ilə (müharibədə məğlub olmasından sonra italyanlar ona nifrət edirdilər) III Viktor Emanuel öz oğlu II Umbertonun xeyrinə hakimiyyətdən əl çəkdi. Beləliklə, onun oğlu II Umberto adı ilə İtaliyanın dördüncü kralı oldu. III Viktor isə İsgəndəriyyəyə sürgün edildi, bir il sonra isə vəfat etdi və elə orada da dəfn edildi.
İtaliya I Dünya Müharibəsində qalib olandan sonra, o "Re soldato" (Kral Əsgər) və "Re Vittorioso" (Qalib Kral) ləqəblərini qəbul etdi. Onun boyunun çox balaca olduğu üçün İtaliyalılar ona "Sciaboletta" (Kiçik Qılınc) ləqəbini vermişdilər.
Həyatının erkən illəri
[redaktə | mənbəni redaktə et]Viktor Emanuel Neapolda, İtaliyada anadan olmuşdur. Tarixdə daha çox Neapollu Şahzadə kimi tanınır. O, Umbertonun tək uşağı idi. Anası Savoyyalı Marqerita Genuya hersoqunun qızı idi. Anası Karl Albertin əmisioğlunun nəslindən idi. Viktor Emanuel 1896-cı ildə Şahzadə Çernoqoriyalı Elena ilə evlənir
Hakimiyyətə gəlişi
[redaktə | mənbəni redaktə et]I Dünya Müharibəsi başladığı zaman İtaliya ilk vaxtlar neytral qaldı. Halbuki, İtaliya XIX əsrin sonları və XX əsrin əvvəllərindən Almaniyaya meylli siyasət yürüdürdü. Buna baxmayaraq, Antanta dövlətlərinin təklifləri üzərinə Kral III Viktor Emanuel I Dünya Müharibəsinə Antanta İttifaqı tərəfdən daxil oldu( London Paktı ilə rəsmiləşdirildi). İtaliya siyasətçilərinin çoxu buna qarşı çıxdılar. Baş Nazir Antonio Salandra istefa verdi, lakin onun istefası kral tərəfindən qəbul edilmədi. Bundan sonra əhalinin əhval-ruhiyyəsini qaldırmaq üçün Romada 200.000 nəfərin iştirakı ilə nümayişlər təşkil edildi. Müharibədən sonra İtaliya dövlətinə Dalmasiya, Trento, Trieste, Istria, Bolzanoyu və Osmanlı imperiyasından bəzi torpaqlar vədd olunmuşdu. Müharibədə 600.000 İtalyan vəfat etdi, iqtisadiyyat çökdü. Bütün bunların nəticəsində İtalyanı tətillər və çıxışlar bürüdü. Müharibə bitdikdən sonra belə, İtaliyaya vədd olunan torpaqların bəzisi verilmədi. İtaliyaya yalnız Trento, Triesto və Bolzano verildi. Bu da İtalyanlar tərəfindən böyük narazılıqla qarşılandı. Rusiyada Oktyabr İnqilabının olması İtaliyada da sol yönümlü qüvvələri fəallaşdırdı. Bu zamanlarda Benito Mussolininin başçılığı ilə Faşıst Partiyası yarandı.
Mussolininin yüksəliş
[redaktə | mənbəni redaktə et]I Dünya Müharibəsi zamanı və ondan sonrada davam edən iqtisadi tənəzzül və geriləmə fəhlə sinfi arasında ekstremizmə yol açdı. Bu hal onsuzda sabit olmayan siyasi sferaya da sıçradı. Benito Mussolini də, bu qeyri-sabitlikdən hakimiyyətə gəlməsi üçün istifadə etdi.
Mussolininin Baş Nazir təyin olunması
[redaktə | mənbəni redaktə et]1922-ci ilin mart ayında İtaliya Faşıstlərinin Milanda geniş yığıncaqları oldu və Romaya yürüş elan olundu. Baş Nazir Luici Fakta və onun hökumət kabineti hərbi vəziyyətin fərmanını layihələndirdilər lakin bu kral tərəfindən rədd olundu. Əsas kimi isə, ordunun gücünə şübhə etdiyini bildirdi. Faşıstlər 1922-ci ilin yay və payızı boyunca xeyli gücləndi. General Pietro Badoglio Krala, ordunun ona loyal olduğunu, İtaliya hərbi hissələrinin faşist qiyamçılarını məğlub etməyə qadir olduğunu bildirdi. Bu zaman faşıst qüvvələrinin sayı 10.000 nəfəri keçmirdi. “Qara Köynəklilər” birliyinin komandanı Sesare Mariya De Vecchi B.Mussoliniyə bildirir ki, onun monarxa qarşı çıxması məsləhət deyil. Qeyd edək ki, Sesare Mariya De Vecchi Romaya Yürüşü təşkil edən şəxslərdən biri idi. Bütün bunları nəzərə alan, Mussolini İtalyanı tərk etmək qərarına gəlir. Lakin İtaliyanı tərk etməyə hazırlaşan Mussolini geca yarı Kraldan onu Romaya dəvət edən telegram alır. Səhəri günü-oktyabr ayının 30-da isə o artıq İtaliyanın Baş Naziri təyin olunmuşdu. Hökumət kabinetinə ümumilikdə 35 faşıst nümayəndəsi daxil edildi. Bu zaman Mussolininin 39 yaşı var idi.Kral Mussoliniyə qarşı olan müxalifəti sürgünlər, sui-qəsdlər hesabına darmadağın etdi. 1925-1926-cı illər ərzində Mussolini İtaliyada demokratik qanunları ləğv etdirdi. Artıq Baş Nazir parlamentə deyil, kraal tabe idi. Baxmayaraaq ki, Karl Albert zamanı qəbul edilmiş, Statuto Albertino qanuna əsasən bunun əksi idi. 1928-ci ilə kimi Mussolinini öz postundan yalnız kral göndərə bilərdi, 1928-ci ildən isə bunu etmək üçün Böyük Faşıst Şurasının razılığı lazım idi, bura isə hamı Mussolinin yaxın insanları idi
Efiopiyanın işğalı
[redaktə | mənbəni redaktə et]İtaliyanın Efiopiyanı işğal etməsinə qədər, III Viktor Emanuel 1934-cü ildə Somaliyə səyahət etmişdi və orada da 65-ci ad gününü qeyd etmişdi(1936-cı ildə). 1936-cı ilin 9 mayında, II İtaliya-Efiopiya müharibəsində qalib gələn III Viktor Emanuel Efiopiya İmperatoru rütbəsini qəbul etdi. 1941-ci ildə isə İtaliya qoşunları məğlub oldu və Efiopiyanı tərk etməyə məcbur oldu. Millətlər Liqası bunu müzakirəyə çıxardı. ABŞ Və Sovet İttifaqı buna qarşı çıxsalar da, B.Britaniya və Fransa İtalyanı müdafiə etdi.
Albaniyanın işğalı
[redaktə | mənbəni redaktə et]İtalyan qüvvələri Adriatik dənizindən demək olar ki, müdafiəsiz olan, Albaniyaya daxil oldular. Albaniya kralı Kral Zoq qaçmağa məcbur oldu. Bundan sonra III Viktor Emanuel Albanların Kralı titulunu qəbul etdi. Bir müddət Albaniyada qalan kral, 1941-ci ildə Alban millətçisi olan Vasil Lacı tərəfindən sui-qəsdə məruz qaldı, lakin canını qurtara bildi. Bu, İtalyan işğalından Alban xalqınnı narazılığının göstəricisi idi. Krala qarşı ikinci sui-qəsd isə yenə Alban millətçısı Dmitri Mixailov tərəfindən oldu. Yenə uğursuz olan sui-qəsdin ardıyca, İtaliya krallığı sui-qəsddə əli olması bəhanəsiylə Yunanıstana müharibə elan etdi.
İtaliya II Dünya Müharibəsində
[redaktə | mənbəni redaktə et]II Dünya Müharibəsi ərəfəsində Mussolini İtaliyada monarxiyanın talehini həll edən qərarı verdi və müharinəyə Almaniya tərəfindən daxil oldu. Elə müharibənin başlanğıcından, İtalyanı fəlakətlər bürüdü. Belə ki, 1940-cı ildə İtalyan qoşunları Şimali Afrikada və Yunanıstanda məğlub oldu, 1941-ci ildə İtalyan qoşunları Şərqi Afrikadan çıxarıldı, 1942-ci ildə İtalyanlar Liviyadan çıxarıldı, 1943-cü ildə müttəfiq qoşunları Siciliyanı tutdular. 1943-cü ilin sonlarında Stalinqrad döyüşlərində iştirak edən 10 İtalyan bölməsi isə darmadağın edildi. Beləliklə, demək olar ki, İtaliya aktiv döyüşlərdən xaric edildi. İqtisadiyyat yenidən çökdü. Monarxiya ağır böhran keçirirdi.
İyul ayının 25-də Böyük Faşıst Şurası Mussoliniyə etimadsızlıq göstərdi. Kralda bunu təsdiq etdi. Kralın əmrinə əsasən Mussolini öz postunu Marşal Pietro Badoglioya verməyi tələb edir. Mussolininin istefaya göndərilməsi Statuto Albertinonun 5-ci maddəsinə əsasən qəbul edilir.
Kral və Baş Nazir Almaniyanın müttəfiqi kimi müharinəyə davam etmək fikrində olduqlarını bildirdilər, lakin gizlində Müttəfiqlərlə sülh haqqında danışıqlara başladılar. Mussoliniyə yaxın olan çəxslərin əksəri parlamnetddən qovuldu.
Müttəfiqlərlə barışıq
[redaktə | mənbəni redaktə et]1943-cü ilin 8 sentyabrında, Viktor Emanuel Müttəfiqlərlə ilə sülh imzaladı. İtaliya qoşunları buraxıldı. Ancaq asayışı qorumaq üçün lazım olan qədər qoşun saxlanıldı. Bundan sonra, Alman qoşunları İtaliyaya hücuma başladı. İtaliyanın nəzarətində olan digər ərazilərdə isə Almanlar İtalyan mövqelərini ələ aldılar. Kral və Baş Nazir Bodaglio cənuba- Brindiziyə qaçdılar. Sentyabr ayının 12-də Almanlar Operation EİCJ-ni başladılar. Nəticədə Mussolini həbsdən azad edildi və İtaliyanın şimalında İtaliya Sosial Respublikasını (Repubblica Sociale Italiana) qurdu. Bu dövlət oyuncaq dövlət idi və Almanlar tərəfindən idarə olunurdu. Cənubda isə azaldılmış sayda İtaliya Müttəfiq Ordusu (Sud Esercito Cobelligerante del-i), İtliya Müttəfiq Hava Qüvvələri (Aviazione Cobelligerante Italiana), İtaliya Müttəfiq Donanması (Sud Marina Cobelligerante del-i) qalırdı. 1944-cü ilin aprelində Kral III Viktor Emanuel öz oğlu Vəliəhd-Şahzadə Umbertonun xeyrinə öz səlahiyyətlərinin bir çoxundan əl çəkdi. 4 iyunda Roma azad edildikdən sonra isə qalan səlahiyyətlərindən də öz oğlunun xeyrinə əl çəkdi və onu çarlığın General-Leytenantı rütbəsini verdi.
Referendum və İtaliyada monarxiyanın sonu
[redaktə | mənbəni redaktə et]İctimai rəy III Viktor Emanueli hakimiyyətdən öz oğlunun xeyrinə əl çəkməyə məcbur etdi. Faktiki olaraq, 1944-1946-cı illər aralığında İtaliyanın kralı II Umberto oldu. 1946-cı ilin, 9 mayında keçirilən referendumda İtalyan seçıçılərin 54 faizi respublika istədiklərini bildirdilər. Referendumun nəticəsi tanındı, Savoyya Sülaləsinni bütün kişi üzvlərinə ölkəni əbədi olaraq tərk etmək tələb olundu. III Viktor Emanuel Misirdən sığınacaq ala bildi və bir ildən sonra elə oradaca da öldü, St Ketrin kilsəsinin məzarlığında dəfn edildi. Bundan sonra, 1948-ci ildə Time Magazin qəzeti "Kiçik Kral" haqqında məqalə dərc etdirdi. III Viktor Emanuel bütün zamanların ən məhsuldar numizmatı idi. Belə ki, o, Roma imperiyasının süqutundan, İtaliya Krallığının yaranmasına kimi 100.000 ekzempelyar yığməşdı. Hakimiyyətdən devrildikdən sonra, onun bu ekzempelyarları elm xadimlərinə bağışlanıldı, Savoyya Sülaləsinin sikkələrini isə ona özü ilə Misirə aparmağa icazə verildi, İtaliyada qalan ekzempelyarlar hesabına 20 cild kitab yazıldı, 1983-cü ildə II Umberto öləndən sonra Savoyya Sikkələridə İtaliyanın mərkəzi muzeyinə geri qaytarıldı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Victor Emmanuel III // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Lundy D. R. Vittorio Emanuele III di Savoia-Carignano, Re d'Italia // The Peerage (ing.).
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ Il ministro della buona vita: Giovanni Giolitti e i suoi tempi. ISBN 8871665856
- ↑ Il re borghese. Costume società nell'Italia di Vittorio Emanuele III. Gruppo Mondadori.