II Şapur — Vikipediya
II Şapur | |
---|---|
شاپور دوم بزرگ | |
309 – 379 | |
Əvvəlki | Azər Narseh |
Sonrakı | II Ərdəşir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 309[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 379 |
Vəfat yeri |
|
Fəaliyyəti | suveren[d] |
Atası | II Hörmüzd |
Anası | İfra Hörmüzdi |
Uşaqları | III Şapur , IV Bəhram , Zurvandoxt |
Dini | Zərdüştlük |
Vikianbarda əlaqəli mediafayllar |
II Şapur — Böyük Şapur 9-cu Sasani şahənşahı, İran və Aniran (qeyri-İran) hökmdarı. 309–379-cu illərdə hakimiyyətdə olmuşdur. Onun dövrü imperiyanın ən güclü dövrünə təsadüf edir. II Şapurun dövründə Ktesifon şəhəri salınmış və Kəsra sarayı tikilmişdir.
Hökmranlığı
[redaktə | mənbəni redaktə et]Azər Narseh atası II Hörmüzdü öldürdükdən sonra onun da hakimiyyəti çox sürmədi. Bundan sonra hələ doğulmamış II Şapur şahənşah elan olundu. Hakimiyyətinin ilk illərində dövlət işləri ilə maraqlana bilməyən II Şapurun adından dövləti anası və digər əyanlar idarə edirdi. Yalnız 17 yaşında hakimiyyəti ələ almış və 70 il hökmranlıq etmişdir. II Şapur İran tarixində gördüyü böyük işlərə görə Böyük Şapur deyə anılır.
İslahatları
[redaktə | mənbəni redaktə et]II Şapurdan əvvəl dövlətin paytaxtı Firuzabad şəhəri idi, II Şapur isə Ktesifon (Mədain) şəhərini saldıraraq paytaxtı ora köçürtmüşdür. Daha sonra İran körfəzi sahilində liman tikdirərək, donanma yaratmış və dəniz vasitəsilə Bəhreyni tutmuşdur. Onun dövründə İsgəndərin Persapolda yandırdığı Avesta bərpa olunmuşdur.
Xristian təhlükəsi
[redaktə | mənbəni redaktə et]II Şapurun dövründə Bizans imperatoru I Konstatin xristianlığı dövlət dini elan etmişdir. Onların təsiri ilə ermənilərin də xristianlığı qəbul etməsi II Şapuru narahat edirdi. Ona görə də Narsehlə Diokletian arasında 297-ci ildə bağlanmış sülhü pozdu və 337–350 və 358–363-cü illərdə Bizansla müharibələr apardı. Müharibənin ilk illərində Sasani qoşunları Mesopatomiyanı və Ermənistanı öz təsir dairəsinə saldılar. Lakin 344-cü ildə Sincar döyüçündə Sasanilər məğlub oldu və ermənilər müstəqillik əldə etdilər. Daha sonra II Şapur 3 dəfə Bizansın əlində olan Nizbin qalasına hücum etdi qalanı mühasirəyə aldı, lakin tuta bilmədi.
Qafqazda hərbi əməliyyatlar
[redaktə | mənbəni redaktə et]Tez-tez Albaniyaya hücum edən ermənilərin qarşısını almaq üçün Sanatürk hunlarla birləşərək Ermənistana hücum etdi və paytaxt Valarşpatı tutdu. Lakin bir il sonra ermənilər onu məğlub edərək Albaniyanın bir sıra vilayətlərini tutdu. Bunu gördükdə II Şapur ermənilərə qarşı hücuma keçdi. Ona bu işdə Alban hökmdarı Urnayr da kömək edirdi. Erməni-Bizans birləşmələri ilə 359-cu ildə Diyarbəkir yaxınlığında Amid döyüşü baş verdi. Döyüşdə Sasanilər və albanlar qalib gldilər və işğal olunmuş torpaqları qaytardılar. Lakin 371-ci ildə Dzirav döyüşündə Bizans qalib gəldi və bəzi əraziləri işğal etdi. 387-ci ildə imzalanmış sülhə görə Bizans işğal etdiyi əraziləri geri qaytardı və erməni çarlığı ləğv edilərək tərəflər arasında bölündü.
Hunlarla münasibətlər və ölümü
[redaktə | mənbəni redaktə et]Böyük hun axınları II Şapurun dövründə baş vermişdir və hunlar imperiyanın şərqində məskunlaşmışdılar. II Şapur onlarla bir sıra döyüşlər apardıqdan sonra müharibənin mənasız olduğunu görüb onlarla sülhə gəlmişdir.
II Şapur 379-cu ildə 70 yaşında və hakimiyyətinin 70-ci ilində vəfat etmişdir və yerinə qardaşı II Ərdəşir keçmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ King of Iran Shāpūr II // Faceted Application of Subject Terminology.
- ↑ Shapur // opac.vatlib.it (ing.).