I Ferdinand (Müqəddəs Roma imperatoru) — Vikipediya
I Ferdinand | |
---|---|
| |
27 avqust 1556 – 25 iyul 1564 | |
Əvvəlki | V Karl |
Sonrakı | II Maksimilyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1503[1][2][…] və ya 10 mart 1503[3] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 iyul 1564[1][2][…] (61 yaşında) və ya 25 iyul 1564[3] (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Filip (Kastiliya kralı)[4] |
Anası | Kastiliyalı I Yuanna[4] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
I Ferdinand (10 mart 1503[1][2][…] və ya 10 mart 1503[3], Alkala-de-Enares[d], Kastiliya krallığı – 25 iyul 1564[1][2][…] və ya 25 iyul 1564[3], Vyana[5]) — 1526-cı ildən Macarıstan və Bohemiya kralı, 5 yanvar 1531-ci ildən Almaniya kralı (Roma kralı), 1556-cı (formal olaraq 1558-ci) ildən Müqəddəs Roma İmperiyasının imperatoru, Habsburqlar sülaləsinin kiçik (Avstriya) qolunun soybaşı. O, həmçinin Avstriya ershersoqu olmuşdur və məhz onun hakimiyyəti dövründə 1529-cu ildə Avstriya Vyana döyüşündə türklərə qalib gəldi.
Ferdinand, I Filip və Kastiliyalı I Yuannanın dördüncü övladı idi. O, ana tərəfindən Araqon kralı II Ferdinand və Kastiliyalı I İzabellanın, atası tərəfindən isə I Maksimilyan və Burqonlu Mariyanın nəvəsi idi. İmperator V Karl onun böyük qardaşı idi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Ferdinand babası Ferdinand Katolikin (adını məhz ondan almışdır) sarayında böyümüşdür. İspan dili onun ana dili idi, ispanlar isə onu çox sevirdilər, bu da böyük qardaşı Karlda ona qarşı etibarsızlıq hisslərini oyadırdı. O, Ferdinandı svitasından uzaqlaşdırdı və 1518-ci ilin yazında Niderlanda göndərdi. V Karlın imperator seçilməsindən sonra, sonuncu Vorms reyxstaqında Ferdinandı onun yoxluğunda canişi təyin etdi və onu yeni qurulmuş imperiya hökumətinin başına qoydu.
1521-ci ildə Ferdinand, Çexiya və Macarıstan kralı Layoşun (öz növbəsində Ferdinandın bacısı Mariya ilə evli idi) bacısı Anna Yagellonka ilə evləndi. 1521-ci ildə Karldan, babası I Maksimilyandan sonra miras payı olaraq beş Avstriya hersoqluğunu (Aşağı Avstriya, Yuxarı Avstriya, Ştiriya, Karintiya və Krayna) aldı. Növbəti il Brüssel müqaviləsinə əsasən, V Karl qardaşına Tirol, Habsburq evinin Şvab və Elzas torpaqları və 1520-ci ildə Şvab ittifaqı ilə Karla güzəşt olaraq bağışlanmış Vürtemberqi verdi, lakin bu razılaşmanın altı il gizli qalmasını tələb etdi.
1526-cı ilin yayında Birinci Şpeyer Reyxstaqının işində iştirak etdi. Elə həmən il kral II Layoş Mohaç döyüşündə öldü, bundan sonra Ferdinand, Layoşun övladlarının olmaması və Anna Yagellonkanın varisi olduğuna əsaslanaraq, Macarıstan, Bohemiya, Moraviya və Silezya taclarına haqqını iddia etdi. Ancaq macarlar və çexlər bu ölkələrdə kral rütbəsi irsiyyətini tanımırdılar. 1526-cı ilin oktyabr ayında Bohemiya seymi bəzi şərtlər qoyaraq Ferdinandı kral seçdi, Moraviya, Sileziya və Luzatsiya isə Anna və onun ərini miras hüququ əsasında padşah olaraq tanıdılar. 1527-ci ilin fevral ayında Ferdinand Praqada taclandırıldı.
1531-ci ildə Ferdinand Aaxen kafedralında Roma kralı olaraq taclandırıldı. O, Aaxen şəhərində tac qoyulan Almaniyanın son hökmdarı oldu. Sonrakı krallar və imperatorlar Frankfurtda taclandırılırdılar.
Macarıstandakı vəziyyət qat-qat daha qarışıq idi. Macarlar ən böyük maqnat Transilvaniya voyevodası I Yanoş Zapoyyaini kral seçmiş və həmin ilin noyabr ayında taclandırmışdılar. Macarların digər hissəsi Pressburqda Ferdinandı seçdi və bu Macarıstan uğrunda uzunsürən mübarizəyə səbəb oldu, türklərin müdaxiləsi ilə vəziyyət daha da çətinləşdı. 1538-ci ildə Zapoyyaini ilə Macarıstan krallığının bölünməsinə dair Oradya müqaviləsi bağlandı. Bohemiya, Moraviya, Sileziya və Macarıstanın irsi Habsburq torpaqları ilə birləşməsi, Qərbi Avropanı türklərdən qoruyan geniş Habsburq monarxiyasını yaratdı. Slavyan və Macarıstan torpaqlarının alınmasının nəticəsi Ferdinand və onun varislərinin maraqlarının ağırlıq mərkəzinin şərqə doğru istiqamətlənməsi oldu, bu da imperatorluq gücünün Almaniyada zəifləməsinə səbəb oldu.
1547-ci ildə o, Praqa silk qiyamını vəhşicəsinə yatırdı.
1556-cı ildə, qardaşı V Karl hakimiyyətdən imtina etdikdən sonra Ferdinand Müqəddəs Roma İmperiyasının imperatoru oldu (1558-ci ildə kurfürst kollegiyası bu titulu təsdiq etdi). Daxili imperiya barışığın gücləndirilməsi, katoliklərlə protestantlar arasında kompromisə nail olma (onun sayəsində Trento baş kilsəsi öz işini davam etdirdi) və türklərin Orta Avropaya basğınına qarşı imperiya qüvvələrinin birləşdirilməsinə yönəlmiş bir siyasət yürüdürdü.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Ferdinand I // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Fernando I de Alemania // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ 1 2 3 4 Ferdinand I. Habsburský, 1503-1564 // Olomouc City Library regional database (çeş.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Kindred Britain.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118532502 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.