JScript — Vikipediya

JScript
Paradiqmalar Obyekt yönümlü proqramlaşdırma
Yaradılma tarixi 1996[1]
Tərtibatçılar Microsoft
Sonuncu versiyası
  • 9.0
Təsirlənib JavaScript
Əməliyyat sistemi Microsoft Windows
docs.microsoft.com/en-us…

JScriptMicrosoft şirkətinin skriptli proqramlaşdırma dili. JScript dilinin sintaksisi Netscape şirkətinin JavaScript dilinin sintaksisinə çox bənzəyir. Veb-səhifəyə müştəri skriptləri əlavə etməkdən savayı (Mozilla layihəsinədək JavaScriptin yeganə funksiyası bundan ibarət idi), JScript başqa məqsədlər üçün də istifadə oluna bilər(məsələn, Microsoft Windows sistemlərinin inzibatçılığını avtomatlaşdırmaq: ASP səhifələri yaratmaq). JScript dilində yazılmış aşağıdakı proqram nümunəsində ekrana dialoq boksu çıxarılır(// simvollarından sonrakı yazılar şərhdir):

// Dəyişənin elan olunması var strMessage;  // Dəyişənə qiymət mənimsədilməsi strMessage = "Çox mal haramsız olmaz, çox söz yalansız";  // Məlumatın ekrana çıxarılması WScript.echo(strMessage); 
  • İsmayıl Calallı (Sadıqov). "İnformatika terminlərinin izahlı lüğəti". "Bakı" nəşriyyatı, 2017, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]