Joze Mourinyo — Vikipediya
Joze Mourinyo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
port. José Mourinho | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Joze Mario dos Santos Mourinyo Feliks[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Xüsusi biri (The Special One)[2] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 26 yanvar 1963[3][4] (61 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Portuqaliya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 174 sm[5] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Joze Mario dos Santos Mourinyo Feliks və ya qısaca Joze Mourinyo (26 yanvar 1963[3][4], Setubal[d]) — portuqaliyalı baş məşqçi və keçmiş futbolçu. Artıq Fənərbaxça baş məşqçisidir. Bir çox oyunçu, məşqçi və idman şərhçiləri tərəfindən dünyanın ən yaxşı və ən uğurlu baş məşqçisi hesab edilir.[6][7] 2015-ci ildə Portuqaliya Futbol Federasiyası tərəfindən Portuqaliyada "Əsrin məşqçisi" adına layiq görülüb. 2017-ci ildə UEFA-nın əsasının qoyulduğu 1954-cü ildən indiyə qədərki dövr ərzində fəaliyyət göstərmiş ən yaxşı 10 baş məşqçinin siyahısına düşməyi bacarmışdır.[8] Elə həmin il futbol tarixində transferlərə 1 milyard funt-sterlinqdən çox xərcləyən ilk məşqçi olmuşdur.[9]
Mourinyo peşəkar futbolçu karyerasına Portuqaliya İkinci Diviziyasında başlamışdır. O, Lissabon Texniki Universitetində "idman elmləri" ixtisası üzrə təhsil aldıqdan sonra Britaniyada məqşçilik kurslarında iştirak etmişdir. Lissabonda bədən tərbiyəsi müəllimi, gənclərdən ibarət klubda məşqçi, skaut və köməkçi məşqçi kimi işləmişdir. 1990-cı illərin əvvəllərində Portuqaliyanın Sportinq və Portu, həmçinin İspaniyanın Barselona klublarında baş məşqçi Ser Bobbi Robsonun tərcüməçisi olmuşdur. Robson Barselonanı tərk etdikdən sonra onun postuna sahib çıxan Lui van Qaalın dövründə də Kataloniya təmsilçisində fəaliyyətini davam etdirmişdir.
Mourinyo Benfika və Uniao de Leyria klublarında qısa, lakin uğurlu məşqçilik karyerası keçirmiş və çempionatı bu vaxta qədərki ən yüksək nəticələrlə tamamlamışdır. 2002-ci ildə Portu klubuna baş məşqçi kimi qayıdan Mourinyo 2003-cü ildə burada Portuqaliya çempionatı, Portuqaliya Kuboku və UEFA Avropa Liqasının qalibi olmuşdur. Növbəti mövsüm ölkə çempionluğunu ikinci dəfə qeyd edən Mourinyo bu dəfə Portuqaliya Superkuboku və Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasını qazanmışdır.
2004-cü ilin yayında Çelsiyə keçidinin ardınca 50 illik fasilədən sonra klub həmin dövr üçün rekord sayılan 95 xalla ölkə çempionu olmuş və İngiltərə Liqa Kubokunu qazanmışdır. 2006–2007-ci illər mövsümündə Çelsinin baş məşqçisi kimi həm FA Kubokunu, həm də Liqa Kubokunu qazanmışdır. Mətbuatda yayılan məlumata görə 2007-ci ilin sentyabrında klubun sahibi Roman Abramoviçlə arasında yaranmış münaqişə nəticəsində Çelsini tərk etmişdir.[10]
2008-ci ildə İtaliya A Seriyasında mübarizə aparan İnterə keçmişdir. Burada olduğu ilk üç ay ərzində İtaliya Superkubokunu qazanmış, həmçinin mövsümün sonunda İtaliya çempionu olmuşdur. 2009-2010-cu illər mövsümündə Mourinyonun başçılıq etdiyi İnter "qızıl het-trik" edərək bir mövsüm ərzində İtaliya A Seriyası, İtaliya Kuboku və UEFA Çempionlar Liqasını qazanan ilk italyan klubu kimi tarixə keçmişdir. O, bu nəticə ilə avrokuboklarda iki müxtəlif klubda çempion olan beşinci baş məşqçi olmuşdur.
2010-cu ildə ali futbol qurumu FİFA tərəfindən təqdim olunan "Dünyada ilin ən yaxşı məşqçisi" mükafatına layiq görülüb. 2010-cu ildə Real Madridə keçən Mourinyo ilk mövsümdəcə burada İspaniya Kral Kubokunun qalibi olmuşdur. Növbəti mövsüm İspaniya La Liqasının da qalibi olduqdan sonra ən azı dörd müxtəlif ölkədə (Portuqaliya, İngiltərə, İtaliya və İspaniya) liqa çempionu olan beşinci baş məşqçi olmuşdur.[11] 2013-cü ilin iyun ayında Real Madridi tərk edən Mourinyo İngiltərəyə qayıtmış və ikinci dəfə Çelsi klubuna baş məşqçi təyin olunmuşdur.
Bu dəfə də ilk mövsümdəcə ölkə çempionu olmasına baxmayaraq, növbəti mövsüm 17 dekabr 2015-ci il tarixində Çelsinin əldə etdiyi zəif nəticələrdən sonra vəzifəsini tərk etmişdir.[12] Mourinyo 27 may 2016-cı ildə digər bir ingilis klubu Mançester Yunaytedin baş məşqçisi təyin olunmuşdur.
2017-ci ildə bu klubla Avropa Liqasını qazanmışdır. Amma Premyer Liqadakı ardıcıl uğursuzluqlara görə 2019-cu ildə istefaya göndərilmişdir.[13]2022-ci ildə Romada Konfrans Liqasının qalibi olub, 2023-cü ildə isə Avropa Liqasının finalına çıxıb, penaltilər seriyasında Sevillaya uduzub.
Həyatı və təhsili
[redaktə | vikimətni redaktə et]Mourinyo 1963-cü ildə Portuqaliyanın Setubal şəhərində anadan olmuşdur.[14] Atası Feliks Mourinyo Belenenseş və Vitoriya klublarında peşəkar futbolçu kimi çıxış etmiş və Portuqaliya milli yığmasına da bir dəfə dəvət almışdır. Zəngin ailədən olan anası Mariya isə ibtidai məktəb müəllimi işləmişdir.[15] 1974-cü ilin aprel ayında Portuqaliyada baş vermiş Qərənfil inqilabı nəticəsində Antoniu di Oliveyra Salazarın Estado Novo rejimi devrilmiş, nəticədə ailə Palmela yaxınlığında yerləşən malikanədən başqa hər şeyini itirmişdir.[16]
Mourinyo atasının peşəsini davam etdirmək istəmiş, beləliklə Belenenseşin gənclərdən ibarət komandasına qoşulmuşdur. Peşəkar karyerasına atasının məşqçi kimi fəaliyyət göstərdiyi Rio Ave klubunda başlamış, bunun ardınca Belenenseş və Sezimbra klublarının da formasını geyinmişdir. Peşəkar futbolçuya lazım olacaq sürətə və fiziki gücə sahib olmasına baxmayaraq, o, futbol məşqçisi olmağa qərar verir.[17][18]
Anası Mourinyonu biznes məktəbində qeydiyyata aldırsa da, o, məktəbi tərk edir və diqqətini idman sahəsinə yönəldir. İdmana olan marağı ilə Lissabon Texniki Universitetinin "idman elmləri" ixtisasına daxil olur. İngiltərə və Şotlandiya futbol assosiasiyalarının təşkil etdiyi məşqçilik kurslarında iştirak etdikdən sonra Şotlandiya milli komandasının keçmiş baş məşqçisi Endi Roksburqun diqqətini çəkməyə başlayır. Mourinyo məşqçi nəzəriyyəsini motivasiya və psixoloji üsullarla qarışdırmaqla məşqçinin futbolda rolunu yenidən təyin etməyə çalışırdı.[15]
Məşqçilikdə nailiyyətləri
[redaktə | vikimətni redaktə et]"Portu"
[redaktə | vikimətni redaktə et]- Portuqaliya çempionluğu: 2002/03, 2003/04 mövsümləri
- Portuqaliya kuboku: 2002/03
- UEFA kuboku: 2002/03
- Portuqaliya Superkuboku: 2003
- Çempionlar Liqası: 2003/04
"Çelsi"
[redaktə | vikimətni redaktə et]- İngiltərə çempionluğu: 2004/05, 2005/06
- İngiltərə liqa kuboku: 2004/05, 2006/07
- İngiltərə Superkuboku: 2005
- İngiltərə ölkə kuboku: 2006/07
"İnter"
[redaktə | vikimətni redaktə et]- İtaliya Superkuboku: 2008
- İtaliya çempionluğu: 2008/09, 2009/10
- İtaliya kuboku: 2009/10
- Çempionlar Liqası: 2009/10
"Mançester Yunayted"
[redaktə | vikimətni redaktə et]- UEFA Avropa Liqası: 2016/17
Mourinyonun şəxsi nailiyyətləri
[redaktə | vikimətni redaktə et]- İngiltərə Premyer Liqasında ilin məşqçisi: 2005, 06
- İtaliyada ilin futbol məşqçisi: 2009, 10
- Qızıl skamya: 2010
- FİFA-nın ilin məşqçisi: 2010
- İFFHS-nin versiyasına görə ilin klub məşqçisi: 2010
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Mourinho: José Mário dos Santos Mourinho Félix: Manager". BDFutbol. 9 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "The world according to Mourinho" (ingilis). BBC Sport. 2005-10-31. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
- ↑ 1 2 José Mourinho // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 José Mário dos Santos Mourinho // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 PlaymakerStats.com (ing.). 2003.
- ↑ "Rank: Greatest all-time soccer managers – SportsNation – ESPN". Espn.go.com. 9 avqust 2013. 6 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Pep Guardiola: Jose Mourinho is the best in the world". Espn Fc. 12 noyabr 2011. 1 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Coaching greats in profile". UEFA.com: The official website for European football. 13 January 2017. 21 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Mourinho becomes first manager to spend £1billion". Football365. 7 August 2017. 9 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Mourinho makes shock Chelsea exit". BBC Sport. 20 sentyabr 2007. 13 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Eric Gerets champion". l'Equipe.fr. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
- ↑ "Jose Mourinho sacked as Chelsea manager". BBC. 17 dekabr 2015. 9 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Mourinho appointed United manager". ManUtd.com. Manchester United. 27 may 2016. 27 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "José Mourinho in a Portuguese Genealogical site". Geneall.net. 17 iyun 1938. 19 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ 1 2 Cowley, Jason. "NS Man of the year – Jose Mourinho". New Statesman. 19 dekabr 2005. 31 mart 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Sitting pretty". The Observer. London. 1 August 2004. 17 June 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Jose Mourinho: The Jose way". The Independent. London. 27 fevral 2005. 9 January 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
- ↑ "Jose Mourinho: 'Ronaldo has been by far the best player in the Premiership. But he must win a trophy'". The Independent. London. 26 aprel 2008. 9 January 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Joze Mourinyo — IMDb səhifəsi