Kəşfiyyat idarəsi — Vikipediya
Kəşfiyyat orqanı, hüquq mühafizə, milli təhlükəsizlik, müdafiə və xarici siyasət məqsədlərini dəstəkləmək üçün təhlil və ya araşdırma apararaq məlumat və kəşfiyyat məlumatları toplayan dövlət orqanıdır. Kəşfiyyat orqanlarının açıq və məxfi, casusluq, əks kəşfiyyat, elektron kəşfiyyat, kriptoanaliz, digər qurumlarla əməkdaşlıq və ictimai mənbələrdən istifadə etmək kimi vəzifələri var. Bu məlumatların toplanması və yayılması kəşfiyyat təhlili və ya kəşfiyyat kimi tanınır.
Daxili kəşfiyyat ilə xarici kəşfiyyat arasında bir fərq var. Daxili kəşfiyyat terrorizm və əks-kəşfiyyat kimi daxili təhdidlərlə məşğul olur. Xarici kəşfiyyat isə xarici dövlətlərin siyasi və ya iqtisadi fəaliyyəti barədə məlumat toplamağı özündə cəmləşdirir. Ən məşhur kəşfiyyat agentlikləri CIA, KGB, Mossad və MI6 hesab olunur.