Kəmaləddin Sami Gökçən — Vikipediya
Kəmaləddin Sami Gökçən | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 1934 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1906-cı ildən |
Rütbəsi | Feriki sani |
Döyüşlər | |
Təltifləri | "Osmaniyyə ordeni" Məcidiyyə ordeni Dəmir xaç ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İmtiyaz" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) |
Vikianbarda əlaqəli mediafayllar |
Kəmaləddin Sami Gökçən (türk. Kemalettin Sami Gökçen; 1884, Sinop – 15 aprel 1934, Berlin) — Türk əsgəri və siyasətçisi.
Hərbi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1905-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini və 1908-ci ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Daha sonra 4-cü ordunun əmrinə verildi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsi zamanı Yaniyaya getdi. Hərbi məktəbdə müəllim kimi fəaliyyət göstərdi. 1915-ci ildə Şahzadə Ömər Fərrux Əfəndinin müəllimi kimi onunla birlikdə Avropaya getdi.
İstanbulun işğalından sonra 5 dekabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. 31 mart 1921-ci ildə polkovnik rütbəsi ilə İkinci İnönü döyüşü və Sakarya meydan döyüşündən sonra Böyük hücumda iştirak etdi. 31 avqust 1922-ci ildə general-leytenant rütbəsinə yüksəldi. Döyüşlərdə göstərdiyi şücaətlərinə görə "İstiqlaliyyət medalı" ilə təltif edildi.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]23 iyun 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin II dövründə Sinopun millət vəkili oldu. 16 Avqust 1924-cü ildə Berlin səfirliyinə təyin edildi. 1926-cı ildə general-leytenant rütbəsinə yüksəldi. 24 sentyabr 1928-ci ildə hərbi vəzifədən təqaüdə çıxdı. 1930–1933-ci illər arasında Türkiyə Milli Olimpiya Komitəsinə rəhbərlik etdi. 15 aprel 1934-cü ildə Berlində əməliyyatdan sonra vəfat etdi. Nəşi 1988-ci Türkiyə Dövlət məzarlığına köçürüldü. Vəfatında sonra "Gökçən" ləqəbini aldı.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Osmaniyyə ordeni"
- Məcidiyyə ordeni
- Dəmir xaç ordeni
- "Müharibə" medalı (Osmanlı imperiyası)
- "Ləyaqət" medalı (Osmanlı imperiyası)
- "İmtiyaz" medalı (Osmanlı imperiyası)
- "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
Mənbə
[redaktə | mənbəni redaktə et]- T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 218.