Kərəm Hadızadə — Vikipediya

Kərəm Hadızadə
Kərəm Əmiralı oğlu Hadızadə
Doğum tarixi (59 yaş)
Doğum yeri Kosalar, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Teatr Gənc Tamaşaçılar Teatrı
Mükafatları "Fəxri mədəniyyət işçisi" döş nişanı

Kərəm Əmiralı oğlu Hadızadə — Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur.

Kərəm Əmiralı oğlu Hadızadə 15 sentyabr 1965-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivallarında iştirak edib. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur.

Dram və kino aktyorudur. Bir neçə televiziya filmində və reklamda çəkilmişdir. Evlidir.

6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür[1].

  1. Məmmədhəsən əmi — ("Məkkəyə yol", C.Məmmədquluzadə)
  2. Hatəmxan ağa — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundov)
  3. Xan — ("Sərgüzəti Vəziri xani Lənkəran", M.F.Axundov)
  4. Divan bəyi — ("Hekayəti-xırsi-quldurbasan", M.F.Axundov)
  5. Yolçu — ("Albalı bağı", A.Çexov)
  6. I sərxoş — ("Axırıncı qatar və yaxud itlər", İ.Fəhmi, O.Kazımi)
  7. Mister Qrimuik — ("Oliver Tvistin macəraları", Ç.Dikkens)
  8. Braak — ("Qedda Qabler", H.İbsen)
  9. Papas — ("Şeyx Sənan", H.Cavid)
  10. Silvestr — ("Skapenin kələyi", Molyer)
  11. İsgəndər — ("Sizə bənzər", R.İbrahimbəyov)
  12. Salamon — ("IV Kin", Q.Qarin)
  13. Balaxan — ("Aydın", C.Cabbarlı)
  14. Qoca — ("Şah Edip", Sofokl)
  15. Rəhim — ("Pəri Cadu", Ə.B.Haqverdiyev)
  16. Qürbət — ("Mənim ağ göyərçinim", T.Vəliyeva)
  17. Hətəm, Marlen — ("Əcəl atı", V.Əlixanlı)
  18. Tip — ("Məhv olmuş gündəliklər", İ.Əfəndiyev)
  19. Lorenso — ("Romeo və Cülyetta", U.Şekspir)
  20. Hatəmxan ağa — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundzadə)
  21. Naçalnik — ("Hacı Qara", M.F.Axundzadə)
  22. Oxay — ("Şahzadə Xəzərin nağılı", K.Ağabalayev, N.Kazımov)
  23. Əmir Teymur — ("Əlincə qalası", Dilsuz)
  24. Nihad — ("Pələng ili", F.Mustafa)
  25. Piri baba — ("Qaraca qız", S.S.Axundov, A.Şaiq)
  26. Peter ağa — ("Dörd əkizin nağılı", P.Pançev)
  1. 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV)
  2. Sovqat (film, 2009)
  3. Vəkil hanı? (film, 2011)
  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]