Kərpickəsən qocanın bir cavanla hekayəti — Vikipediya
Kərpickəsən qoca ilə cavan | |
---|---|
Müəllif | Nizami Gəncəvi |
Janr | Hekayə |
Mövzu | İnsanın düşgünlüyü və keşməkeşli həyatı |
Orijinalın dili | fars |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1174–1175 |
Tərcüməçi | Süleyman Rüstəm |
Kərpickəsən qoca ilə cavan — Nizami Gəncəvinin ilk məsnəvisi olan Sirlər xəzinəsinin beşinci məqalətinin hekayəsi.
Haqqında
[redaktə | mənbəni redaktə et]"Kərpickəsən qoca ilə cavan" hekayəsində Nizami Gəncəvi insanın işləməsini, əməklə məşğul olmasını təbliğ edir və bunu gənclərə də tövsiyə edir[1]. Hekayə məktəb dərsiklərində də öz yerini alıb.[2]
Məzmunu
[redaktə | mənbəni redaktə et]Şam şəhərində qoca bir kərpickəsən yaşayırdı. O, adi torpaqdan daş kimi möhkəm kərpic hazırlayırdı. Bir gün geyimli-keçimli cavan oğlan yoldan keçərkən qocanın belə əziyyətli işlə məşğul olduğunu görüb təəcübləndi və qocaya dedi:[3]
"Bu nə peşədi tapmısan? Sən qul deyilsən, daş-kəsəkdən uzaqlaş sənə yaraşmaz bu peşə!"
Bu sözlərdən əsəbləşən qoca cavab verdi:[4]
"Gördüyün bu qəsr soyuq su ilə yox, isti tər ilə yorğulub. Kərpic kəsmək, palçıq tutmaq, qara işdə çalışmaq insan üçün qəbahət deyil. Öz əlimin əməyi ilə yaşamaq mənim üçün şərəfdir. Nə qədər ki, qolumda qüvvət, dizimdə taqət, gözümdə işıq var çalışacağam. Sən hələ uşaqsan bunları anlamazsan."[5]
Qocanın nəsihəti cavanı heyrətləndirmişdi. Cavan öz əməlindən utandı. Müdrik qoca onun gözündə dağlardan qədər ucalmışdı.[6]
İdeyası
[redaktə | mənbəni redaktə et]"Kərpickəsən qoca ilə cavan" hekayəsinə nəzər salsaq, görərik ki, insan öz zəhməti ilə nələrə qadirdi. İnsanın bacarmadığı iş demək olar ki, yoxdur[7]. Şair hər hansı bir işlə məşğul olmayan və heç nə ilə maraqlanmayan insanın cəmiyyətdə istədiyi yeri tuta bilməyəcəyini oxucuya çatdırmağa çalışır.[8] Əmək insanı həm ucaldır, həm də inkişaf etdirir. İşlə məşğul olan insan heç kimə möhtac olmaz.[9] Belə insana ətrafdakı insanlar həmişə hörmət və pərəstiş edirlər.[10]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Süleyman və qoca əkinçi
- Nuşirəvan və bayquşların söhbəti
- Ovçu ilə iti və tülkünün hekayəti
- Sultan Səncər və qarı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Allahverdiyeva, Zəhra. "Xəmsə"nin Yaxın Şərq ədəbiyyatının inkişafında rolu (Azərbaycan). Bakı: AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. 2002.
- ↑ Araslı, Həmid. Nizami və Azərbaycan xalq Ədəbiyyatı (Azərbaycan). Bakı: Azərbaycan EA nəşriyyatı. 1947.
- ↑ Araslı, Nüşabə. Nizami sənətində mühit və təbiət (Azərbaycan). Bakı: "Sovet kəndi" jurnalı. 1991.
- ↑ Araslı, Nüşabə. Nizami əsərlərinin poetik cizgilərindən (Azərbaycan). Bakı: Az EA-nın "Xəbərləri". 1991.
- ↑ Rüstəmova, Azadə. Nizami Gəncəvi. Həyatı və sənəti (monoqrafiya) (Azərbaycan). Bakı. 1979. 207.
- ↑ Bağırlı, Aygün. Nizami Gəncəvinin ictimai idealı (Azərbaycan). Bakı: Ədəbiyyat qəzeti. 2021 9 oktyabr.
- ↑ Bertels, Y.E. Nizaminin bəddi yaradıcılığı (rus). Bakı: "Nizami", IV kitab. 1947.
- ↑ Cəfərov, M.C. Nizami yaradıcılığında humanizm (Azərbaycan). Bakı: "Vətən uğrunda". 1942.
- ↑ Ələkbərov, M. Nizami və Azərbaycan xalq ədəbiyyatı (Azərbaycan). Bakı: "Ədəbiyyat" qəzeti. 1942, 27 sentyabr.
- ↑ Kərimli, Teymur. Nizami və tarix (Azərbaycan). Bakı: "Elm və həyat" jurnalı. 2002.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Allahverdiyeva Z. A. Sufi-simvolik poeziyada metafora. "Poetika.izm." jurnalı, Nizami adına Ədəbiyyat institutunun Elmi Əsərləri, Elm və təhsil, Bakı, 2016, № 2, səh.179–187.
- Araslı N. H. Ön söz. (Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri haqqında) müqəddimə Nizami Gəncəvinin "Sirlər xəzinəsi". Bakı, Çaşıoğlu, 2004.
- Araslı N. H. Nizami və türk ədəbiyyatı, Bakı, Elm, 1980, 205 s.
- Azadə R. Nizami şeirində bədii-ictimai görüşlər. Azərb. SSR EA-nın Xəbərləri.(Ədəbiyyat, dil və incəsənət seriyası), Bakı, 1966, № 2, s.15–27.
- Azərbaycan ədəbiyyatı tarixi. Əlyar Səfərli və Xəlil Yusifli. Bakı,"Ozan", 2008,696 səh.
- Babayev F. Əlizadə M. "Sirlər xəzinəsi". Nizami Gəncəvi (məqalələr məcmuəsi), Bakı, Azərnəşr, 1947, sə 29–35.
- Əliyev R. M. Nizami Gəncəvi. "Sirlər xəzinəsi". Filoloji tərcümə, şərhlər və lüğət, Bakı, "Yazıçı" nəşriyyatı, 1981, 246 s.
- Hüseynov X. Nizaminin "Sirlər xəzinəsi" və Sənanin "Hədiqətül-həqayiq"i. Azərb. SSR EA-nın "Xəbərləri", Ədəbiyyat, dil və incəsənət seriyası, 1969, № 4, s.56–64.
- Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə, izahlar, şərhlər və lüğət professor Rüstəm Əliyevindir, Bakı, Qanun, 2014, 328 səh.
- Qasımzadə F. "Məxzənül-əsrar" əsəri haqqında. Nizami Gəncəvi. "Sirlər xəzinəsi", Bakı, 1940, s.5–9.
- Бертельс Е.Э. Избр. труды: Низами и Фузули. "Изд-во Восточ. лит.", М., 1962, 554 с.
- Гусейнов Х. Идейно-художественные особенности "Сокровищницы тайн" Низами Гянджеви. Автореферат дисс. на соисканиеучен. степени канд. филол. наук; АН
- Рафили М. Низами. Жизнь и творчество. Баку, изд.Союза писателей, 1939, 130 с.
- Аллахвердиева З.А. Эпические сюжеты и тематика "Махзан аль -асрар" Низами Гянджеви и "Ровзат аль-анвар" Хаджу Кирмани.Узбекистон Республикаси Олий ва Урта Махсус Таълим Вазирлиги Тошкент Давлат Шаркшунаслик институти,Ташкент, 2014, с.44–48.
- Бадалова. T.К. Низами Гянджеви и его произведение "Махзан ал-асрар" ("Сокровищница тайн") в поэме Абди Ширази "Мазхар ал-асрар" ("Обнаружение тайн"). Proceedings of the 8th International Congress on Social Sciences and Humanities. "East West" Association for Advanced Studies and Higher Education GmbH. Vienna. Austria. 2 august 2016 y. p. 110–116.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nizami. Kərpickəsən. Bakı. Gənclik. 1969. Uşaqlar üçün işləyəni: Mir Cəlal Paşayev. Bərpanəşr: 2017
- “Kərpickəsən kişinin dastanı” hekayəti haqqında videoçarx hazırlanıb
- Низами Гянджеви "Сказание о старике кирпичнике" (rus.)
- Azərtacın "Uşaq Bilik Portalı"nda - Kərpickəsən qocanın hekayəti
- Elçin Kərpickəsən Kişinin Kədərli Dastanı. 525-ci qəzet.- 2011.- 12 fevral.- S.18.