Kalimantan — Vikipediya
Kalimantan adası | |
---|---|
ind. Kalimantan, malay Borneo | |
Ümumi məlumatlar | |
Sahəsi | 743,330 km² |
Uzunluğu |
|
Eni | 1.026 km |
Sahil uzunluğu | 4.971 km |
Hündür nöqtəsi | 4 095 m |
Əhalisi | 19.800.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
1°30′00″ şm. e. 115°05′00″ ş. u.HGYO | |
Ölkələr | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Kalimantan (ind. Kalimantan), bəzən Borneo (malay Borneo) — Adaların dünyada sahəsinə görə sıralamasında üçüncüdür. Adada üç dövlət yerləşir: İndoneziya, Bruney və Malayziya. Onun sahəsi 743,330 km² təşkil edir. Ada Malay arxipelaqının daxilində, cənub-şərqi Asiyada yerləşir.
Ada avropalılar tərəfindən 1521-ci ildə Magellanın ekspedisiyası zamanı kəşf edilir.
Etimalogiyası
[redaktə | mənbəni redaktə et]Ada bir çox adlarla məşhurdur. Ada ümumxalq dilində Borneo adlanır. Bu ad Bruney sultanlığının adı ilə bağlıdır. Magellanın ekspedisiyası adanın bu hissəsinə lövbər atırlar. Sonradan isə Borneo adı bütün adaya şamil edilir[1].
İndoneziyalı aborigenlər adanı Kalimantan adlandırırlar. Bu adın bir necə varianları vardır. Bunlardan sanskrit sözü olan "Kalamanthana" əmələ gəlmiş və mənası "yandıran havanın adası" (səbəb isə isti və rütubətli iqlimi idi) anlamındadır[2]. Ən geniş yayılmış variant isə "Kalimantandır", bu söz klemanton qəbiləsinin adından yarandığı bildirilir. Digər versiyalar: "manqo torpağı" və "almaz çayı"[3].
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Kalimantan adasının şimal və şimal-qərbdən Cənubi Çin dənizi, şimal-şərdən Sulu dənizi, şərqdən Sulavesi dənizi və Makassar boğazı, cənubdan Yava dənizi və Karimata boğazı sahillərini yuyur. Qərbdə Malay yarımadası və Sumatra adası, cənubda Yava adası, şərqdə Sulavesi adası və şimal-qərbdə isə Filippinə məxsus adalar yerləşir.
Adanın sahəsi 743 330 km² təşkil edir, bu göstərici ilə Asiyanın ən iri adasıdır.
Kalimantanın ən hündür nöqtəsi Kinabaku dağıdır (4 095 m). Elə buradaça fəaliyyətdə olan vulkan Bombalay yerləşir.
Ən iri çay sistemini Kapuas çayı əmələ gətirir və Cənubi Çin dənizinə axır (1143;km, Qərbi Kalimntan). Digər iri çayları Mahakam 980 km, Barito 880;km, Padjanq 262,5 km.
İqlimi
[redaktə | mənbəni redaktə et]Adada Ekvatorial iqlim hakimdir. İllik temperatur 26° S təşkil edir. İllik yağıntının miqdarı 2000–3000 mm, dağlarda 5000 mm keçir.
Bölgü
[redaktə | mənbəni redaktə et]İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]Təxmini olaraq adanın 78% (582 593 km²) İndoneziyaya (Kalimantan), bir hissəsi Malayziyaya və kiçik bir qismi isə Bruney sultanlığına mənsubdur.
İndoneziya
[redaktə | mənbəni redaktə et]Kalimantan adasının İndoneziyaya aid hissəsi 5 vilayətə bölünür:
- Mərkəzi Kalimantan, paytaxtı — Palankarya
- Şərqi Kalimantan, paytaxtı — Samarinda
- Cənubi Kalimantan, paytaxtı — Bancarmasin
- Qərbi Kalimantan, paytaxtı — Pontianak
- Şimali Kalimantan, paytaxtı — Таncunqselor
Malayziya
[redaktə | mənbəni redaktə et]Kalimantan adasının bir hissəsi Malayziyaya məxsusdur ki, onunda 2 ştatı və bir federal ərazisi var:
- Sabah, inzibati mərkəz — Kota Kinabalu
- Saravak, inzibati mərkəz — Kuçinq
- Labuan Federal vilayəti, inzibati mərkəz — Bədər-Labuan
Təbiəti
[redaktə | mənbəni redaktə et]Adada çoxlu dağlar vardır. Onların böyük qisminin hündürlüyü 1000–2000 metrdən alçaqdır. Şimal-şərqdə isə adanın ən hündür nöqtəsi olan Kinabalu dağı (4,095) yerləşir.
Kalimantan adası zəngin meşələrlə örtülü olması burada hələ də elmə məlum olmayan canlı növlərinin olmasına səbəb olur. Son zamanlar təşkil edilən exspedisiyalar zamanı bir çox canlı növləri aşkarlanmışdır[4].
Maraqlı bitkilərdən çoxlu sayda Səhləbkimilər, Arnold rafflesiyası (eni 100 sm, ağırlığı 12 kq), yırtıçı bitki olan Nepentes (həşaratlar və kiçik quşlarla qidalanır).
Adada Oranqutan, Hibbinlar, Bəbir, Kərgədanlar, Fillər, Nəhəng uçan tülkü kimi canlılarda yaşayır. Uzunburun meymun isə ancaq Kalimanta adasında rast gəlinir.
Kalimantam sanki quşların cənnətidir. Burada dünyanın ən zəhərli ilanı olan Kral kobrası geniş ərazilərdə yaşayır. Digər maraqlı canlılardan uzunluğu 10 metrə çatan Setçat pitonu, üstəlik Timsah və Ağacqurbağaları yaşayır.
Meşələ və endemiklər
[redaktə | mənbəni redaktə et]Kalimanta meşələri 140 milyon il önçə yaranmışdır, bu dünyanın ən qədin tropik meşələrindəndir. Burada 15000 növ bitki və 3000 növ ağac, 221 növ məməli, 420 növ quş və 440 növ balıq yaşayır. Bu canlıların bir çoxu emdemikdir. Bunlardan Kalimantan oranqutanı, Asiya fili, Sumatra kərgədanı və Borneo bəbiri.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Adada 19,8 milyon insan yaşayır (2010). Hər Km² 26 nəfər düşür. İnsanların böyük əksəriyyəti sahil zonası ərazilərində qalır və əsas məşğuliyyəti kənd təsərrüfatı ilə məşğul olur. Bununla daxil hissələrdə kənd və şəhərlərdə vardı. Min illər əvvəl olduğu kimi hazırdada insanlar çay qırağı ərazilələ meyl edirlər.
Yaşayan xalqlar
[redaktə | mənbəni redaktə et]Kalimantan əhalisi 300 müxtəlif etnik qruplardan ibarətdir. Onlarında böyük əksəriyyəti müxtəlif dillərdə danışır.
Adaya ilk insanlar 40 min il önçə ayaq basmışlar. Onlarda Avstro-Maleneziya qəblindən olan və Papuaslara bənzərlər idilər. Bu xüsusiyyətlərə malik insanlara adada hələ də rast gəlmək olar. Onlar əsasən şərqdə dağlıq hissələrə kompakt şəkildə yaşayırlar. Onların sayı adada 3000,000 nəfərdir.
Ən böyük etnik qrup isə dayaklardır. Ümumi sayları 3,7 milyon nəfərdir.
Din
[redaktə | mənbəni redaktə et]Əhalinin 51% animizim dinindədirlər. Bu dinin ardıcılları əçdadlarının ruhlarına sitayiş edirlər. İkinci ən geniş yalılan (Haqq olan din) din İslamdır. Əhalinin 24 % bu dindədir. Təqribi 19 % əhali isə xristiandır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kalimantan adasına ilk insanlar Afrikadan 40,000 il önçə gəlmişlər. 13,000 önçə isə onlar Malay yarımadasına keçmişlər[5]. Adada yaşayan əhalilərin əçdadları Neqiroit olmuşlar. Malayziyada hal-hazırda qara dərili insanlara rast gəlinir.
8 min il önçə isə neqiroidlər Şərqi Asiya və Tayvan ərazisinə yayılmışlar. 3–5 min il önçə isə poleneziyalılar neqroidləri tədricən afanın dağlıq hissələrinə sıxışdırmışlar. Polineziyalıların nəsilləri hal-hazırda Dusunlar, Murutlar və Dayaklar adanın daxili hissələrində və İndoneziyanın adalarında yaşayırlar. Neqirlər və poleneziyalılar adanın köklü əhalisi hesab edilir.
B.ə 3-cü əsrdə adaya monqoloidlər ayaq basmışlar. Mongoloidlərlə qaynıyan pollineziyalılar cənuba doğri irəliləyirdirər XV əsrdən ada İndoneziya imperiyası olan Macapahitdən asılı olur. Cunqcunq Bui Hindu dövləti olan Nepara Dipanın hökmdarı idi. O Yava şahzadəsi Suriyanataya ərə gedir və krallığı birgə idarə edirlər. Krallıq 1365-ci ildən Macapaxitin tərkibinə daxil olmuşdur. Şahzadə Neqara-Dipı Samudra islamı qəbul edir və onun sahib olduğu Bandar knyazlığı və hind çarlığı olan Neqara-Daxanın ərazisin böyük hissəsi islamı qəbul etdi. Adanın şimalı XV əsrdən XVII əsrə qədər Bruney sultanlığının tərkibinə daxil idi. 1703-cü bəzi mənbələrdə isə 1658-ci ildə adanın şimalının bir hissəsi Sulu Sultanlığının tərkibinə keçir. Sulu sultanlığı Filippin ərazisində yerləşirdi. Bu addımın səbəbi isə Bruney sultanlığında baş verən üsyanı yatırılması zamanı Sulu sultanlığı Bruney sultanına etdiyi yardımın əzi idi.
1780-ci ildə kral Bantana özünə məxsus ərazilərin qir qismini hollandlara güzəştə gedir. Artıq [[1823-ccü ildə hollandlar adanın cənub şərqinə hakim olurlar. İngilslərdə dəfələrlə adaya hakim olmağa can atmışlar (1712-ci ildən). 1846-cı ildə Şimal krallığı ilə olan manflikt səbəbindən onların paytaxtı olan Borneo şəhərinə hüçum edirlər. Bundan sonra kral Labuan adasını və Borneo buxtasını və ərazisinin bir qismini onlara gezəştə getməli olur.
1857-ci ildə Sulu sultanı Camalul Ahlam Kiram (1863—1881) Şimali Kalimantanı Şimali Borneo Britaniya şirkətinə verir[6]. Bu ərazi hazırda Sabah adı ilə Mayzuyanın tərkibinə daxildir. Adanın saxili tuzemlərlə məskunlaşılıb. Adanın sahil əraziləri XIX əsrdə hələ də Bruney sultanlığına daxil idi. Sonradan isə Ceyms Brukun təşkil etdiyi vilayətin ərazisinə keçir[7]. Hazırda bu ərazilər malay vilayəti olan Saravakın tərkibinə daxildir.
Ehtiyyatlar
[redaktə | mənbəni redaktə et]Adada zəngin neft yataqları vardır. Bu Bruney sultanlığının iqtisadiyyatının əsasını təşkil edir. Üstəlik İndoneziya iqtisadiyyatınada öz müsbət təsirini göstərir. Adadan Almaz çıxarılır. Burada zəngin Ekvatoril meşələr vadır və ağac tədarük edilir. Meşələrin tədarükü, güclü yanğınlar (1997–1998 il) meşə örtüyünü xeyli azaltmışdır[8].
Milli Parkları
[redaktə | mənbəni redaktə et]- Kayan-Mentaranq milli parkı. Onun sahəsi — 13,6 min km² təşkil edir. Burada nadir heyvan növləri Malay kalaosu, Burunlu meymun və Laqur. Üstəlik burada Bəbir, Malay kələzi, Mərmər pişik və b. heyvvanlar yaşayır.
Maraqlı Faktlar
[redaktə | mənbəni redaktə et]- Adadan axan ən uzun çay Kanuasdır. Bu çay İndoneziyanın ən uzun çayı olmaqla yanaşı, dünyada adada yerləşən ən uzun çaydır. Onun uzunluğu 1143 km təşkil edir.
- Pontianak şəhəri faktiki Ekvatorda yerləşir və onun mərkəzindən simvolik olaraq bir xətt keçir. Bu ekvator xəttini bildirir.
- 28 dekabr 2014 il adanın yaxınlığında Yava dənizi sularında Indonesia AirAsia şirkətinə məxsus QZ8501, Surbaya-Sinqapur xətti ilə ucan təyyarə qəzaya uğramışdır. Onun göyərtəsində 162 nəfər həlak olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kalimantan // Dünyanın coğrafi adları: Topoqrafik lüğət. — М: АСТ. Pospelov Е.М. 2001.
- ↑ "Central Kalimantan Province". archipelago fastfact. 2014-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
- ↑ "Kalimantan - geosfera.info". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
- ↑ "Borneoda açılışlar". 2015-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
- ↑ "İnsanların yayılma ariyalları. İnsan deankalarında olan oxşarlıqlar". 2010-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
- ↑ "History of Sabah". 2007-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
- ↑ "History of Sarawak". 2008-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
- ↑ Bu hadisələrə əsas səbəb kimi El-Ninyo hadisəsidir
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Gudgeon, L. W. W. 1913. British North Borneo. Adam and Charles Black, London. (An early well-illustrated book on "British North Borneo", now known as Sabah.)
- Quber А. А., İndoneziya, М. — L., 1932.
- Republik Indonesia. Propinsi Kalimantan, [s. 1.], [s. a.].
Mənbə
[redaktə | mənbəni redaktə et]- Borneo: Eco Warriors Arxivləşdirilib 2006-05-17 at the Wayback Machine — Online documentary
- İ. Korabelnikovadan çıxarış.