Kalium — Vikipediya

19 arqonkaliumkalsium
Na

K

Rb
Ümumi
Ad, İşarə, Nömrə kalium, K, 19
Qrup, Dövr, Blok 1, 4, s
Xarici görünüşü
Atom kütləsi 39.0983 q/mol
Elektron formulu [Ar] 4s1
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 63.38 °C
(336.53 K, 146.08 °F)
Qaynama temperaturu 759 °C
(1032 K, 1398 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1


Kalium (K) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 19-cu element.

Kalium (K) – toxumalardakı suyun miqdarını nizama salır və ürəyin işini yaxşılaşdırır. Toxumalarda kaliumun mübadiləsi son dərəcə sürətlə gedir. Bitki mənşəli məhsulların külündə kaliumun miqdarı bəzən 50%-dən çox olur. Ərzaq məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 227; buğda çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü – 284; kələm – 247; ərik qurusu – 1780; mal əti – 338; yumurta – 140; balıq – 162; inək südü – 143; pendir – 89; alma – 248.[1] xiyar- pomidorda—yoxdur-bəzən-2 götürülür.

Kalium çox aktiv elemen olduğuna görə metallurgiyada istifadə olunmur, lakin onun nitrat duzu (selitra) əsrlərlə barıtın hazırlanmasında istifadə olunub, kalium karbonat (potaş) sabun istehsalında, alüminium-kalium sulfat xəmir hazırlanmasında, kalium hidrosulfit çaxırlara fermentasiya prosesinin qarşısını almaq üçün əlavə edilir, kalium benzoat isə konservant kimi istifadə edilir. Kalium bütün gübrələrin tərkibinə daxildir, bu səbəbdən onun filizinin illik hasilatı 35mln ton təşkil edir. Kalium hasilinin əsas bənbəyi silvin (kalium xlorid) mineralıdır. Kalium yuyucu vasitələrin, şüşənin, farmasevtik preparatların istehsalında istifadə olunur. İldə bu elementdən iki yüz ton istehsal olunur və onun çox hissəsi nadperoksidə çevrilir. Nadperoksid sualtı gəmilərdə, kosmik gəmilərində oksigen regeneratoru kimi tətbiq olunur. Kalium canlı orqanizmlərdə gedən bioloji proseslərin mühüm hissəsini təşkil edir və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır.

Kalium insan orqanizmində

[redaktə | vikimətni redaktə et]

kütləsi 70 kq olan insanın bədənində 140 qram kalium olur. Yaşlı adam sutkada qida ilə hər kiloqram kütləyə görə 2–3 mq, uşaq isə hər kiloqram çəkiyə görə 12–13 mq kalium istifadə etməlidir. Uşaq orqanizmi cavan bitkilər kimi yaşlı orqanizmə nisbətən daha çox kalium tələb edir.

Kaliumun orqanizmə daxil olma mənbələri çoxdur.

Tərəvəz: ispanaq, xiyar, kartof, kök, soğan, cəfəri, qulançar, qıtığotu, zəncirotu, noxud, soya, lobya, sarımsaq.

Meyvə: qara moruq, qara gavalı, kişmiş və s.

Kalium birləşmələri

[redaktə | vikimətni redaktə et]

KOH — kalium hidroksid;

KCl — kalium xlorid, silvin;

K2SO4 — kalium sulfat, arkanit;

KAl(SO4) 2. 12H2O — alüminium kalium zəyi

  1. Musayev N. Х. "Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları". Dərslik. Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2003 – 368 səh.
  • Jon Emsli, 30 saniyə kimya haqqında kitabı, səh 18

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]