Kalkulyator — Vikipediya
Kalkulyator — hesab əməliyyatları üçün istifadə olunur.
Elektron kalkulyator
[redaktə | mənbəni redaktə et]Hesabın əsas əməliyyatlarını yerinə yetirmək üçün istifadə olunan, kiçik portativ, adətən ucuz elektron cihazdır. Müasir kalkulyatorlar çox kompyuterlərdən daha portativ dirlər lakin PDAların çoxunun ölçüsün əl kalkulyatorlar ilə müqayisə etmək olar.
Stolüstü kalkulyator
[redaktə | mənbəni redaktə et]1964-cü ildə Sharp şirkəti tərəfindən element bazası tranzistor olan ilk stolüstü kalkulyator istehsal edilmişdir.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Calculator latın sözü «hesabdar» sözündən, o isə calculo «sayıram» feildən yaranıb. O isə öz növbəsində calculus «xırda daş» sözündən yaranıb (keçmişdə xırda daşlar saymaq üçün istifadə edilirdi).
Tarixi
[redaktə | mənbəni redaktə et]1820-ci ildə fransız ixtiraçı və sahibkar Tomas de Kolmarın (Charles Xavier Thomas de Colmar) yaratdığı, dünyada ilk kalkulyator olan arifmometr satışa çıxarılmışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Mexaniki kalkulyator - Mexaniki kalkulyatorlar, fotolar, ehtiyatlar və təlimatlar toplusu