Kambocanın dövlət quruluşu — Vikipediya

Kamboca

Preăh Réachéanachâk Kâmpŭchéa
Bayraq Gerb
Bayraq Gerb

Millət, Din, Kral
Himn: 
Nokor Reach
Sehirli Krallıq
Tarixi
 • Müstəqillik əldə etməsi 9 noyabr 1953
Paytaxt Pnompen -1 730 min ( 2015-ci il ).
İdarəetmə forması Komstitusiyalı monarxiya
Kral Norodom Sihamoni [ 29.X.2004 ]
Baş nazir Hun Sen [14.I.1985 ]
Sahəsi Dünyada 90-cı
 • Ümumi 181040 km²
 • Su sahəsi (%) 2,5
Əhalisi
 • Əhali 15,7 milyon nəfər (71-ci)
 • Siyahıyaalma (3.III.2008) 13 395 682 nəf.
 • Sıxlıq 86 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 49,9 milyard dollar  (109-cu)
 • Adambaşına 3 300 dollar  (183-cü)

Kambocanın dövlət quruluşu — 1993-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Kamboca mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1953) 9 noyabrda qeyd olunur. Ölkə Konstitusiyası 21 sentyabr 1993-cü ildən (6 mart 1999-cu ildə edilmiş düzəlişlə) qüvvədədir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Kamboca 23 əyalətə (Kamponqtxom, Pousat və s.) və 1 əyalət statusuna bərabər olan Pnompen bələdiyyəsinə, 185 dairəyə, 1621 kommunaya və 14073 kəndə bölünür.

Kambocanın inzibati-ərazi bölgüsünün xəritəsi

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Kral taxt şurası tərəfindən seçilən Kral — dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanı, habelə ölkədə müstəqil məhkəmə hakimiyyəti sisteminin qarantıdır. Mövcud Konstitusiyaya görə Kral "idarə etməli deyil, krallıq etməlidir". Kral olmadıqda onun səlahiyyətləri Senatın (Yuxarı Palata) sədrinə həvalə olunur. Kambocanın irsi monarxiya institutuna yalnız kişi cinsinə mənsub 30 yaşına çatmış şəxslər rəhbərlik edə bilərlər.

Qanunvericilik hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

İkipalatalı Parlamentdən: 61 yerlik Senatdan (Yuxarı Palataya 2 üzvü Kral təyin edir, 2 üzv Milli Məclis tərəfindən seçilir, qalan 57 üzvü isə seçicilərin funksional dairələri tərəfindən 5 il müddətinə seçilirlər) və 123 yerlik Milli Assambleyadan (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilirlər) ibarətdir.

Parlamentin rəsmi vəzifəsi qanunların qəbulu və dərc edilməsidir. Kral Milli Assambleya tərəfindən qəbul edilən qanunlara veto qoymaq hüququna malik deyil. Kamboca Parlamenti 2/3 səs çoxluğu ilə Baş naziri və onun rəhbərlik etdiyi Hökuməti istefaya göndərmək səlahiyyətinə malikdir.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Milli Assambleyada daha çox səs qazanmış siyasi partiyanın lideri — Baş nazirin rəhbərlik etdiyi Nazirlər Kabineti ölkədə icra hakimiyyətini həyata keçirilir. Nazirlər Kabinetinin tərkibi, bir qayda olaraq Parlament seçkilərində qalib gəlmiş siyasi partiyanın üzvlərindən formalaşır.

Baş nazir Parlamentdə etimad qazandıqdan sonra, Milli Assambleyanın sədrinin və sədr müavinin təqdimatı ilə Kral tərəfindən təyin olunur. Vəzifəsinin icrasına başladıqdan dərhal sonra Baş nazir, onun qarşısında məsuliyyət daşıyan Nazirlər Kabinetini təyin edir və onun iclaslarına sədrliyi həyata keçirir.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Mövcud Konstitusiyaya görə məhkəmə hakimiyyəti, ölkədə ən yüksək məhkəmə instansiyası sayılan Ali Magistratura Şurası, habelə 17 üzvdən ibarət Ali Məhkəmə, Apelyasiya Məhkəməsi və digər aşağı instansiya məhkəmələri tərəfindən həyata keçirilir (ölkədə həmçinin hərbi məhkəmələr sistemi də mövcuddur).

  • История Кампучии. Краткий очерк. — М.: Наука, Главная редакция восточной литературы, 1981.
  • Кампучия: от трагедии к возрождению. М.: Политиздат, 1979.
  • Камбоджа // Правовые системы стран мира. Энциклопедический справочник / Под ред. А. Я. Сухарева. — М.: НОРМА, 2003.
  • Литвинов И. П. Кампучия — страна кхмеров. — М.: Мысль, 1976. — 144 с.: ил.