Karst — Vikipediya
Karst (alm. Karst, Yuqoslaviyanın şimal-qərbində yerləşən platonun adından) – suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi.[1]
Karst suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında geniş inkişaf edir. K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. Karst nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna mağara deyilir.
Dünyada ən böyük karst mağarası
[redaktə | vikimətni redaktə et]Dünyada ən böyük karst mağarası ABŞ-də Kamberlend platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə, 23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m, tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl əmələ gəlmiş və üç çay axır ki, bunlarda kor balıqlar və xərçənglər yaşayır. K. boşluqlarında qurğuşun, sink, dəmir filizi, boksit, fosforit, neft, yanar qaz, səpinti qızıl, almaz yataqları olur.
Azərbaycanda
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikasında təqribən 6 min km² Karst sahəsi var. Bunun 3,7 min km²-i Böyük Qafqazda, 2 min km²-i Kiçik Qafqazda, təqribən 300 km²-i Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycanda ən çox yayılan və ümumi uzunluğu 4 min m-ə çatan təqribən 240 Karst mağarası (ən böyükləri: Azıx, Tağlar, Şuşa, Dağtumas və s.) var.
Qalereya
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.