Kazım İnanc — Vikipediya

Kazım İnanc
Şəxsi məlumatlar
Doğum tarixi 1880
Doğum yeri
Vəfat tarixi 21 sentyabr 1938(1938-09-21)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1900-cü ildən
Rütbəsi general
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kazım İnanc (türk. Kâzım İnanç; 1880, Diyarbəkir21 sentyabr 1938, Ankara) — Türkiyə əsgəri və siyasətçisi.

Hakkı bəyin oğlu idi. 17 yanvar 1900-cu ildə Hərbi Məktəbi bitirdi. 6 dekabr 1902-ci ildə Hərbi Akademiyadan məzun oldu. Kürdəsillidir.[1]

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

20 mart 1911-ci ildə hərbi təlim keçmək üçün Almaniyaya göndərildi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrindəBirinci Dünya müharibəsində iştirak etdi.

27 iyun 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün Ankaraya gəldi. Türkiyə Böyük Millət Məclisinin nəznində Qərb Cəbhəsi Komandirliyində təhlükəsizlik, ictimai asayiş və işə götürmə fəaliyyətlərini həyata keçirmək üçün təyin edildi. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə təltif edildi.

4 oktyabr 1924-cü ildə general-leytenant rütbəsinə yüksəldi. 7 oktyabr 1924-cü ildə 9-cu korpusun komandiri təyin edildi. 31 oktyabr 1924-cü ildə 3-cü Ordu komandiri vəzifəsinə təyin edildi. 20 iyun 1925-ci ildə vəzifəsindən istefa etdi. 22 Avqust 1926-cı ildə Samsun qubernatoru təyin edildi. 21 oktyabr 1928-ci ildə təqaüdə çıxdı.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Türkiyə Böyük Millət Məclisinin IV və V dövrlərində İzmirin millət vəkili oldu. 21 sentyabr 1938-ci ildə Ankarada vəfat etdi.

İştirak etdiyi döyüşlərdə Osmanlı, Almaniya, RumıniyaAvstriya-Macarıstanın bir sıra mükafatları ilə təltif edilmişdi.

  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 111.