Kennet Brana — Vikipediya
Kennet Çarlz Brana (10 Dekabr 1960, Belfast), Şimali İrlandiyalı aktyor, rejissor.
23 yaşında, Royal Shakespeare Company-yə qatılmışdır. Burada Vilyam Şekspirin V Henri və Romeo və Cülyetta tamaşalarında baş rolları almışdır.
29 yaşında V Henri filminin rejissorluğunu edib baş rolunda o zamankı həyat yoldaşı Emma Tompson ilə birlikdə oynadı. Film Branaya Ən Yaxşı Aktyor və Rejissor nominasiyasında Oskar namizədlikləri gətirdi.
1993-cü ildə yenə Şekspirin "Much Ado About Nothing" adlı əsərini səhnələşdirmişdi. Denzel Vaşinqton, Keanu Reeves kimi bir çox Hollivud ulduzu filmdə yer alıb.
30 yaşında tərcümeyi-halını yayıb və 34 yaşında Mari Shelley-dən Frankenstein adlı filmi çəkdi və oynadı. Bu filmdə Frankensteini Kennet Brana canlandırdı.
1995-ci ildə Brana və Thompson boşandılar.
1996-cı ildə Hamlet filminə rejissorluq etdi və baş rolunda oynadı.
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |