Kentau — Vikipediya
Kentau | |
---|---|
Кентау | |
43°31′01″ şm. e. 68°30′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1952 |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 160405 |
Digər | |
e-kent.gov.kz/kz/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Kentau (qaz. Кентау) — Qazaxıstanın Türkistan vilayətində yerləşən şəhər. Türkistan şəhərindən 30 km şimal-şərqdə, Karatau dağının ətəyində yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kentau şəhərinin əsası 1955-ci ilin avqust ayında qoyulub. Yaşayış mətəqəsi Aşısay polimetal yatağının istismarı ilə salınmış işçi qəsəbələrindən yaranmışdır. Sovet dövründə yerli əhali qazaxlardan ibarət olsa da, şəhər əhalisinin əksər hissəsi Rusiyadan köçüb gələnlərdən ibarət olmuşdur. Onlar içərisində ruslar, almanlar və yunanlar üstünlük təşkil edirdi. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində şəhərdə yerləşən sənaye müəssisələrinin bağlanmasından sonra emiqrasiya prosesi sürətlənmişdir. Hazırda əhalisinin əksəriyyəti etnik qazaxlardan və özbəklərdən ibarətdir.
Sənaye
[redaktə | mənbəni redaktə et]Kentauda iki zavod yerləşir. Bunlar transformator və ekskavator istehsalı zavodlarıdır. Hər iki zavod SSRİ dövründə məşhur olsalar da, hazırda elə də aktiv işləmirlər.
Memoriallar
[redaktə | mənbəni redaktə et]- İbray Altınsarin memorialı. 2013-cü ilin mayında açılmışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "В Кентау открыт памятник Ыбраю Алтынсарину". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.