Kerç — Vikipediya

Kerç
Керч
Keriç
Керчь
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
45°20′19″ şm. e. 36°28′05″ ş. u.HGYO
Ölkə  Ukrayna
Tarixi və coğrafiyası
Əsası qoyulub e.ə. 610
Sahəsi
  • 108 km²
Mərkəzin hündürlüyü 10 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 154.621 nəf. (2021)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +380-6561, +7-36561
Poçt indeksi 98300–98399
Digər
kerch.rk.gov.ru
Xəritəni göstər/gizlə
Kerç xəritədə
Kerç
Kerç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


KerçKrımın şərq hissəsində qədim şəhər. Yerli tatarlar Keriç adlandırırdılar.[2]

Kerçin bir yaşayış məskəni kimi hələ eradan əvvəl XVII–XV əsrlərdə mövcud olduğu göstərilməkdədir. Skif padşahı Savmakın dövründə isə (eradan 100 il əvvəl) Kerçdə mədəniyyətin çiçəklənmə dövrüdür. Rusların Qara dənizə yiyələnmək arzuları uğrunda nailiyyətləri bu dənizə Kerç boğazı ilə bağlı olan Azaka (Azova) yiyələnməklə əldə oluna bilərdi.

Osmanlı dövlətinin imzaladığı ən ağır andlaşmalardan olan, II Yekaterinanın ömrü boyu mənfəəti ilə öyündüyü Küçük Qaynarca sülhü ilə Qara dəniz Osmanlı dənizi olmaqdan çıxır və tarixdə ilk dəfə Qara dəniz sularına girən Rusiya Qara dəniz və boğazlar yolu ilə Osmanlı idarəsində olan ölkələrlə sərbəst hərəkət imkanı və ticarət imtiyazları əldə edir. Andlaşmanın şərtlərinə görə Qara dənizin şimal qərbindəki Buğ və Dnepr arasındakı sahil şəridi; Kırım yarımadasındakı Kerç boğazına hakim Yenikala, Kerç, Azak dənizi üzərindəki Azak qalaları Rusiyaya verildi.

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən şəhərin əhalisi 145.845 nəfərdir.[3]

Kerç nəinki Kırım yarımadasının, habelə dünya mədəniyyətinin ən şanlı nümunələrini sinəsində saxlayan bir sivilizasiya ocağıdır. Kerç yaxınlığında er. əvvəl IV əsrə aid möhtəşəm abidə olan Kül Oba kurqanı (hünd. 21 metr) 1830-cu ildə açılıb tədqiq edilmişdi; abidə elm aləmində ən gözəl və qiymətli tapıntı hesab edilməkdədir.

Müasir Kerçdə 18-ci əsrdə tikilmiş məscid (Puşkin küçəsində) qalmaqdadır. Məscidin əlavə tikinti və təmirlərlə xarici gorünüşü dəyişdirmişdir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. Mehmet Rıhtım, Türk Kitabı, Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh 320
  3. Державний комітет статистики України: Чисельність наявного населення України на 1 січня 2012 року Arxivləşdirilib 2013-10-21 at the Wayback Machine