Kiçik Osman Paşa — Vikipediya
Kiçik Osman Paşa | |
---|---|
5 mart 1704 – 6 noyabr 1704 | |
Əvvəlki | Aşçı Mehmed Paşa |
Sonrakı | Baltaçı Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 8 yanvar 1727 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşaqları | Fatma xanım Sultan Xədicə xanım Sultan |
Kiçik Osman Paşa (v. 8 yanvar 1727, Sayda) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Əslən çərkəz olub, Hacı Səlim Gəray xanın kölələrindən idi. Sahibi tərəfindən Osmanlı sarayına hədiyyə edildi və Əndəruna alınaraq burada təlim-tərbiyə almağa başladı. Ardından saray xidmətinə alınaraq öncə çuxadar ağası, 1690-cı ildə isə silahdar ağası oldu. 1693-cü ilin dekabrında vəzir rütbəsi alaraq sədarət naibi oldu. Bu vəzifədə ikən 13 yanvar 1694-cü ildə Sultan Mehmedin qızlarından Gülsüm Sultanla nigahlandı. Nigahın ardından həmin ilin ortalarında öncə Diyarbəkir, ardından Hanya sancaqbəyi təyin edildi. 1695-ci il paytaxta geri çağırıldı və ikinci vəzir olaraq İstanbulda taxt naibi oldu. 1696-cı ildə Hələb və Anadolu hakimi, 1697-ci ilin iyulunda İzmit, 1698-ci ildə beşinci vəzir, 1700-cü ildə İstanbulda taxt naibi, 1702-ci ildə Dəməşq və Rəqqa, 1703-cü ildə Van bəylərbəyi oldu. Sultan Əhmədin taxta çıxmasından sonra 1704-cü ildə kaptan-ı dərya elan edilsə də, cəmi 8 ay sonra vəzifədən alındı. 1704-1727-ci illər arasında Anadolu və Rumelinin müxtəlif əyalətlərində xidmət etdi. 8 yanvar 1727-ci ildə son vəzifə yeri olan Saydada vəfat etdi.
Osman Paşanın Gülsüm Sultanla olan nigahından Fatma xanım Sultan (ö. 1729) və Xədicə xanım Sultan (ö. 1700) adlı 2 qızı dünyaya gəldi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Sicill-i Osmani IV, səh. 281