Kiçik Zond adaları — Vikipediya
Kiçik Zond adaları | |
---|---|
ind. Kepalauan Nusa Tenggara, port. Pequenas Ilhas da Sonda | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 87000 km² |
Hündür nöqtəsi | 3726 m |
Əhalisi | 14.000.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
9° c. e. 120° ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
| |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Zond adaları (ind. Kepalauan Nusa Tenggara, port. Pequenas Ilhas da Sonda) — Malay arxipelaqına daxil olan adalar qrupu. Böyük Zond adaları ilə birlikdə Zond adalarını təşkil edir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Kiçik Zond adaları adaları altı iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Yava adasından şərqdə yerləşir. Sahəsi 87-min km², əhalisi 14 milyon nəfər təşkil edir. Ən iri adaları Bali, Lombok, Sumbava, Flores və Timor adalarıdır. Flores adasından cənubda Sumba adası yerləşir. Kiçik Zond adaları kifayət qədər dağlıq əraziyə sahibdir. Səbəb vulkanik məşhəlli olmasıdır. Adalar qrupunun ən hündür nöqtəsi Lombok adasında yerləşən Pincani dağıdır. Onun hündürlüyü 3726 metr təşkil edir.
Bali və Lombok adaları arasında Volles xətti yerləşir. Bu xətt Asiya və Avstraliyanı ayırır[1]. Komodo adası isə Komodo varanı ilə bütün dünyada tanınır.
İnzibati bölgü
[redaktə | vikimətni redaktə et]Kiçik Zond adalarının böyük qismi İndoneziya ərazisinə daxildir. Timor adasının şərqində isə Şərqi Timor yerləşir. Kiçik Zond adalarının İndoneziyaya daxil ərazisi üç vilayətə bölünür: Bali, Qərbi Kiçik Zond adaları və Şərqi Kiçik Zond adaları:
- Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010)
- İndoneziya — 73 070 km², 13 074 796 nəf. (2010)
- Bali — 5 780 km², 3 890 757 nəf.
- Qərbi Kiçik Zond adaları — 18 572 km², 4 500 212 nəf.
- Şərqi Kiçik Zond adaları — 48 718 km, 4 683 827 nəf.
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]Adalar kənd təsərrüfatı məhsulları ilə tanınır. Burada düyü və Kofe yetişdirilir. Faydalı qazıntılardan neft, dəmir, marqans və mis çıxarılır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Audley-Charles, M.G. (1987) "Dispersal of Gondwanaland: relevance to evolution of the Angiosperms" In: Whitmore, T.C. (ed.) (1987) Biogeographical Evolution of the Malay Archipelago Oxford Monographs on Biogeography 4, Clarendon Press, Oxford, pp. 5–25, ISBN 0-19-854185-6