Kiş çayı — Vikipediya

Kiş çayı
Ölkə

KişŞəki rayonu ərazisində çay. Əyriçayın (Qanıx hövzəsi) sağ qoludur. Mənbəyini Baş Qafqaz silsiləsindəki Seyidyurd dağının cənub yamacından (2900 metr yüksəklikdən) alır. Cənubi Qafqazın on selli çaylarndandır. Yuxarı axınında Damarçın (Damarcıq) adlanır. Kiş kəndinin adı ilə adlanmışdır.[2]

Öz mənbəyini Kiçik Qafqaz dağlarından götürən çay eyniadlı Kiş kəndinin kənarından axır. Daşqın çayları sırasına daxildir. Meşə ilə əhatə olunan çay relyefinin mənzərəli görünüşü var. Kiş kəndinin və Şəki rayonunun şirin su ehtiyatı məhz bu çayın hesabına ödənilir. Kiş kəndində əsasən, dəmyə əkinçiliyi olduğundan təkcə həyətyanı bağlarda və həyatyanı sahələrin suvarılmasında Kiş çayının suyundan istifadə edilir. Qış və yay vaxtlarında suyu azalan çay yaz aylarında əriyən buzların hesabına gurlaşıb ətrafa və kəndə xeyli ziyan verir. Çayın ərazisi təbii ehtiyatlar baxımından tikinti materialları ilə zəngindir. Bura əsasən daş, çınqıl və meşə materialları aiddir.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Kiş çayı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.