Kinqu — Vikipediya
Qədim Şərq Tanrıları Kinqu | |
---|---|
Mifologiya | Akkad |
Arvadı | Tiamat |
Əlaqədar personajlar | Marduk |
Əlaqədar hadisələr | Enuma eliş |
Kinqu — Akkad mifologiyasında kosmoqonik Enuma eliş poemaya əsasən, Tiamatın əri, bir əcaib, div, okeanın duzlu suyu, ilk nəsil tanrı. İlk tanrılar tərəfindən yeri əhatə edən şirin su dəryası - Apsu öldürüldükdən sonra Tiamat tale cədvəlini Kinquya etibar edərək onu özünə ər, həmhökmdar və onu tabesində olan tanrılar və on bir əcaib div ordusuna başçı edir. Marduk ox-kaman, dəyənək və torla silahlanaraq dörd külək və yeddi çovğunla on bir əcaib Timatın üzərinə hücum çəkərək döyüşə girir. Tiamat güclü küləyin təsiindən açıq ağzını yuma bilmir. Marduk dərhal onu öz oxu ilə öldürür və dünyaya sahib olmaq üçün Kinqunu ələ keçirir.Daha sonra Marduk dünyanı yaradır: Timatın bədənini ikiyə parçalayaraq, gövdəsinin aşağı hissəsindən yeri yuxarı hissəsindən göyü, kəlləsindən dağları, gözlərindənisə Dəclə və Fərat çaylarını yaratmış olur. Buna görə də Tiamat yerlə, Kinqu isə onu zərbələrdən qoruyan ayla xarakterizə olunur.