Kleptokratiya — Vikipediya

Kleptokratiya (qədim yunanca κλέπτειν – oğurlamaq və κράτος – hökmranlıq sözündən götürülüb) – “Oğruların hakimiyyəti” deməkdir. [1] Öz şəxsi zənginliyini və siyasi gücünü artırmaq üçün öz ərazisinin insanları və təbii sərvətlərini istismar etmək səlahiyyətlərini istifadə edən korrupsiyalı liderlərin (kleptokratlar) rəhbərlik etdiyi bir hökumətdir. Tipik olaraq, bu sistem daha geniş əhalinin hesabına pul vəsaitlərinin mənimsənilməsini nəzərdə tutur. [2][3]

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Kleptokratiya ümumiyyətlə diktaturalar, oliqarxlar və ya xarici nəzarətin qeyri-mümkün olduğu və ya mövcud olmadığı digər avtoritar və nepotist hökumətlərlə əlaqələndirilir. Nəzarətin olmaması kleptokratik vəzifəli şəxslərin həm dövlət fondlarının tədarükü, həm də həmin vəsaitlər üçün ödəniş vasitəsini idarə etməsi bacarığından istifadəsinə gətirib çıxara bilər. Kleptokratik hökümətlər tez-tez ölkənin xəzinəsindən şəxsi rifah mənbəyi kimi istifadə edirlər, əldə edilən gəlirləri lüks həyata xərcləyirlər. Bir çox kleptokratik rəhbərlər gizli şəkildə dövlətdən pul çıxararaq, gizli şəkildə xarici ölkələrdəki bank hesablarına köçürürlar.[4]

Kleptokratiyanın spesifik bir nümunəsi Raubwirtschaft , alman dilində "talan iqtisadiyyatı" və ya "təcavüz iqtisadiyyatı" deməkdir, burada dövlətin bütün iqtisadiyyatı quldurluq, talan və fəth edilmiş ərazilərin talan edilməsinə əsaslanır.[5] Belə dövlətlər qonşuları ilə davamlı müharibədədirlər və ya vergiyə cəlb edilə bilən hər şeyi öz məqsədləri üçün istifadə edirlər. [6] Siyasətdə, iqtisadiyyatda və vətəndaş hüquqlarında belə rejimlərin nəticələri kleptokratların hakimiyyəti altında olan xalqlar üçün olduqca zərərlidir. Kleptokratiya tez-tez xarici investisiyaların cəlb edilməsi perspektivlərini sarsıdır və daxili bazarı və beynəlxalq ticarəti kəskin şəkildə zəiflədir. Kleptokratlar öz vətəndaşlarının pullarını şəxsi ehtiyacları üçün istifadə edir, pulların yuyulması və dövlət vəsaitlərini dəbdəbəyə xərclədikləri halda, kleptokratiyada yaşayan hər bir vətəndaşın həyat keyfiyyəti durmadan aşağı düşür.[7] Kleptokratların oğurladıqları pullar çox vaxt ictimai sərvətlərdən, məsələn, xəstəxanaların, məktəblərin, yolların, parkların tikintisi və s. xərclənməli olan vesaitlərdən silinir. Kleptokratiya nəticəsində yaranan kvazioliqarxiyalar həm də demokratiyaya (və ya onun yerləşdiyi dövlətin hər hansı digər siyasi formatına) xələl gətirir.[8]

  1. "Arxivlənmiş surət". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  2. "kleptocracy". Dictionary.com Unabridged. n.d. November 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2016.
  3. "Kleptocracy". The Oxford English Dictionary. Oxford University Press. 1st ed. 1909.
  4. Robinson; və b. "KLEPTOCRACY AND DIVIDE-AND-RULE: A MODEL OF PERSONAL RULE". 15 November 2017. 24 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 November 2017. (#explicit_et_al); (#invalid_param_val)
  5. Internet Archive. What we leave behind. New York : Seven Stories Press. 2009-01-01.
  6. "Collapse of Rome | The official Derrick Jensen site". www.derrickjensen.org (ingilis). 2019-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
  7. ", "Combating Kleptocracy ", eJournal USA, December 2006". web.archive.org. 2008-08-13. 2008-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-11.
  8. "National Strategy Against High-Level Corruption: Coordinating International Efforts to Combat Kleptocracy". web.archive.org. 2008-07-10. Archived from the original on 2008-07-10. İstifadə tarixi: 2023-07-11.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]