Konstantin Adamov — Vikipediya
Konstantin Adamov | |
---|---|
Doğum tarixi | 15 avqust 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 11 may 1990 (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | aktyor |
Mükafatları | |
IMDb | ID2957503 |
Konstantin Haykoviç Adamov (15 avqust 1923, Bakı – 11 may 1990, Moskva) — erməni-sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1972), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]15 avqust 1923-cü ildə Bakıda anadan olmuşdur.[1]
1946-cı ildə Moskva Şəhər Teatr Məktəbini bitirmişdir. 1947-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.
K.Adamovun yaradıcılığına təbiilik, səmimiyyət, obrazı dərindən duymaq və s. xasdır.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 29 iyun 1964
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1972
- Azərbaycan SSR Dövlət mükafatı — 1972[2]
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
Teatrda əsas rolları
[redaktə | vikimətni redaktə et]- Voynitski ("Vanya Dayı", Anton Çexov)
- Luzgin ("Qəlp Pul", Maksim Qorki)
- Tarelkin ("Tarelkinin Ölümü", A. Suxovo-Kobılin)
- Puşkin ("Komandorun Addımları", V. Korostılyov)
- Sirano ("Sirano de Berjerak", E. Rostan)
- Sarafanov ("Şəhər Ətrafında Görüş", A. Vampilov)
- Təlxək ("Vaqif" Səməd Vurğun)
- Vahid ("Kəndçi Qızı", Mirzə İbrahimov)
- Yanar ("Sən Yanmasan", Nəbi Xəzri)
- Rauf ("Dairəni Genişləndirin", İmran Qasımov)
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Uzaq sahillərdə (film, 1958)
- Körpə (film, 1962)
- Zəncirlənmiş adam (film, 1964)
- Ən vacib müsahibə (film, 1971)
- Diplomlu mütəxəssis (film, 1974)
- Qatır Məmməd (film, 1974)
- Sevinc buxtası (film, 1977)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Azərbaycanın erməni xalq artistləri — SİYAHI Arxivləşdirilib 2022-01-10 at the Wayback Machine modern.az (az.)
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı