Korikos — Vikipediya

Korikos
Κώρυκος
36°27′55″ şm. e. 34°09′15″ ş. u.HGYO
Yer qeydləri
Korikos xəritədə
Korikos
Korikos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Korikus (yun. Κώρυκος; erm. Կոռիկոս; türk. Kız Kalesi, hərfi tərc. "qız qalası") ― Anadolunun Kilikiya regionunda, Şeytan dərəsi adlı vadinin ağzında yerləşən qədim şəhər. Ərazi hal-hazırda müasir Türkiyənin Mersin ilinin Kızkalesi qəsəbəsində yerləşir.

Strabon Korkus qəsəbəsindən bəhs etməsə də, onun yerləşdiyi ərazidəki burun haqqında məlumat verir. Buna baxmayaraq Livi (xxxiii. 20), Plini (c. 27), Pomponi Mela (i. 13) və Bizanslı Stefan (sv Κώρυκος) Korikus şəhərinə istinad etmişdir.

Korikus antik dövrdə əhəmiyyətli liman və ticarət şəhəri idi. Bura eramızdan əvvəl 191-ci ildə Böyük Antioksun donanmasının Romalılar tərəfindən məğlub edildiyi Silifkenin limanı idi. Roma dövründə imperatorlar adətən quldurları seyr etmək üçün şəhərdə donanma saxlayırdılar. Korikus antik dövrdə həm də zərbxana idi və burada kəsilən bəzi sikkələr bu günə qədər gəlib çıxmışdır.

Korikus Bizans imperiyası tərəfindən idarə olunurdu.[1] I Yustinianın dövründə şəhərdəki ictimai hamamlar və xəstəxana bərpa edildi. 12-ci əsrin əvvəllərində admiral Eustati Kimineyan I Aleksey Komininin əmri ilə kiçik bir adada əlavə bir qala daha tikdirdi. Bu qala daha sonralar "qızlar qalası" adlandırıldı. Deyilənə görə, bir padşahın qızı zəhərli ilan tərəfindən öldürülənə qədər burada əsir saxlanılmışdı. Qızın ilan sancması ilə öləcəyi əvvəlcədən xəbər verilmişdi. Odur ki, onu qorumaq üçün qızı dənizdəki qalaya aparsalar da, səbətlə qalaya ilan aparılmış və nəticədə qızı ilan cancaraq ölümünə səbəb olmuşdu.

Korikus Bizans tərəfindən yenidən qurulduqdan qısa müddət sonra ermənilər tərəfindən tutuldu.

XIV əsrin ortalarına qədər ermənilər Kilikiya çarlığı üçün bu strateji limanı qoruyan həm qurudakı, həm də adadakı qalaları əllərində saxladılar. Ermənilər Kipr Kralı I Pyotrun Mərmükləri kənarlaşdıraraq söz sahibi olmağa başladığı 1360-cı ilə qədər ərazidə nüfuzunu qorudular (bir neçə qısa fasilə ilə). Ada XIV əsrin sonlarında yenidən türklərin əlinə keçdi. Şəhər 1448-1454-cü illər arasında növbə ilə Qaramanoğullarının, Misirin, yenidən Qaramanoğullarının və nəhayət Osmanlının hakimiyyəti altına keçmişdir.

Şəhərin dağıntıları arasında zəfər tağı, gözəl xristian türbəsi olan nekropol, sarkofaq və s. var. Ərazidə biri sahildə, digəri isə adacıqda yerləşən iki orta əsr qalası qismən qorunur. Şəhər dağıntıları arasında həmçinin, üç kilsə aşkarlanmışdır və bunlardan biri freskalarla bəzədilib.

Korikon kilsəsi

[redaktə | mənbəni redaktə et]
  1. Edwards, Robert W., "Korykos". The Eerdmans Encyclopedia of Early Christian Art and Archaeology, ed., Paul Corby Finney. Grand Rapids, Michigan: William B. Eerdmans Publishing. 2016. 27–29. ISBN 978-0-8028-9017-7.