Kumul xanlığı — Vikipediya

Sin imperiyasından yarımasılı (1696-1912) Çin Respublikasından yarımasılı (1912-1930)
Kumul xanlığı
Kumul xanlığı
Bayraq
Bayraq
 
 
1696 — 1930

Paytaxt Kumul
Dilləri Cığatay dili
Rəsmi dilləri uyğur
Dövlət dini İslam
Əhalisi uyğurlar
İdarəetmə forması monarxiya

Kumul xanlığı — (uyğ. قۇمۇل خانلىقى) Hamian çökəkliyində yerləşən feodal türk dövləti (Monqolustanın Xoşun ərazisi daxil[1]). Kumul xanları Çağatay ulusu xanlarının birbaşa nəslindən idilər. 1696-cı ildə Sin dövlətinin asıllığını qəbul etmişdilər. 1930-cu ildə Çin Respublikasının Sintszyan vilayətinin qubernatoru Tsin Şujen tərəfindən ləğv edilmişdir. Müsir dövrdə xanlıq indiki Sincanın Hami vilayətinin ərazisini əhatə edirdi.

Min İmparatorluğu turfanlar və Min arasındakı qarşıdurmada böyük rol oynayan Kumul Xanlığı ilə (başqa adı Kara-Del) xərac vernə səviyyəsində münasibətlər qurmuşdu. Xanlıq Minə xərac verirdi. Səid Babanın xan olduğu vaxt Kumul Xanlığı 1646-cı ildə Sin sülaləsinin Min sülaləsinə qarşı üsyanı zamanı Min sülaləsi dəstəkləyən çinli müsəlmanlara kömək göstərirdi. Min tərəfdarlarının məğlubiyyətindən və Kumul şahzadəsi Turumtainin döyüşlərdə Sin qoşunu tərəfindən öldürüldüyündən sonra Kumul xanlığı Sin sülaləsinin hakimiyyətini qəbul etdi.

1647-ci ildən başlayaraq Kumul xanları Sin sülaləsinə tabe oldular və xərac verməyə başladılar. 1696-cı ildə Oryat-Mancur müharibəsi zamanı Min sülaləsinin vassalı kimi müharibəyə quşulduğundan Abdulla bəyə "Yasak Tarxan" titulu verildi.[2][3][4]

Xanlıq Min sülaləsi uğrunda Cunqarlarla vuruşurdu. Sincan 1884-cü ildə Dunqan üsyanından sonra bir əyalətə çevrildikdə də Kumul vassal xanlıq olmağa davam edirdi.[5].

İdarə olunması

[redaktə | mənbəni redaktə et]

Xanlar həmçinin Sin imperatorundan Qinvanq ("birinci dərəcəli şahzadə") titulunu da almışdılar. Xanlar Sin sarayından edam qərarları istisna olmaqla, geniş səlahiyyətlər əldə etmişdilər. Edam qərarını yalnız Kumulda oturan çinli məmuru verə bilərdi.[6][7] Xanlar rəsmi olaraq Çin imperatorunun vassalı idi və hər altı ildən bir imperatora şəxsən qulluq etmək üçün Pekinə getməli idilər.[8][9]

Xanlıq Kumul knyazlığı olaraq da bilinirdi. Çinlilər isə onu Hami adlandırırdılar.[10] Xanlar İmperator sarayı və Çin məmurları ilə dostluq münasibəti saxlayırdılar.[11]

Məhəmməd Xan və onun xələfi olan Şah Maqsud təbələri üzərinə ağır vergilər qoyur və məcburi əməyə cəlb edirdilər. Bu da 1907-ci və 1912-ci illərdə onların hakimiyyətinə qarşı iki üsyana gətirib çıxarmışdı.[12]

Xana dövlətin idarə edilməsində vəzir kömək edirdi. Son xan Şah Maqsud Hami knyazı Yulbars Xanı baş vəzir təyin etmişdi.[13].

Xanlığın ləğvi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kumul üsyanı

Xan Urumçidə olan Sincan hökumətinə xərac verirdi.[14]. Sincanda oturan Sin valisi Yanq Zenqxin ruhən monarxist idi və xanlığın işlərinə qarışmırdı. Buna görə də Xan Şah Maqsudla mehriban münasibətlər saxlayırdı. Uyğurları üsyan etməkdən çəkindirən xanlığın mövcudluğu idi. Belə ki, xanlıq hökuməti özlüyündə onlarla eyni milliyyətə və dinə malik idi. Xanlığın ləğvi isə qanlı üsyana gətirib çıxardı.[15]. 1930-cu ildə Xan Şah Maqsudun ölümündən sonra Jin Şuren xanlığı Hami, İe və Yivu inzibati bölgəsi olmaqla, üç əyalətə böldü. Ləğv edilmiş xanlığın ərazisində yeni vergilər tətbiq edildi və çinli idarəedicilər təyin edildi. Vergi toplayanlar, nəzarətin olmamasından istifadə edərək, rəsmi vergilərlə yanaşı, kəndliləri tamamilə müflis etməyə çatdıran qeyri-qanuni pul tələb etməyə başladılar. Yanq Zenqxinq dövründə buraya gətirilən qoşunlar, təchizatın zəif təmin edilməsi səbəbindən yerli əhalini qarət edərək özlərini təmin etməyə başladılar. Qansu qaçqınlarına yerli uyğur kəndlilərinin hesabına torpaq ayrıldı.[16] Həm xanlığın ləğvi həm də bütün bunlar Kumul üsyanına səbəb oldu və bu müddət ərzində Yulbars Xan Nasiri varis kimi taxta qaytarmağa çalışdı.[17]. Üsyançılar əvvəl müvəfəqiyyət qazanıb Bəşirin oğlu Nasiri xan elan etsələrdə, məğlub oldular. Sonuncu xan Nasir isə həbs edilərək zindana atıldı. O, 1949-cu ildə həbsxanada öldü.

Kumul Xanlığını xan idarə edirdi. Onlar hakimiyyətə irsən yiyələnirdilər. Kumula rəhbərlik edən xanların siyahısı aşağıdakı kimidir:[18]

Xanlar Adı hakimiyyət illəri haqqında məlumat
1-ci xan Abdulla Bəy 額貝都拉 é-bèi-dōu-lā 1697-1709 Xanlıqda hakimiyyətinin 36-cı ilində o, Birinci dərəcəli "Yasak Tarxan" titulunu aldı. Xanlıqda hakimiyyətinin 48-ci ilində ölmüşdür.
2-ci xan 郭帕 guō-pà, Qapur Bəy 1709-1711 Abdulla Bəyin böyük oğlu. Xanlıqda hakimiyyətinin 48-ci ilində Birinci dərəcəli "Yasak Tarxan" titulu unvanına layiq görüldü. Xan hakimiyyətinin əllinci ilində vəfat etmişdir.
3-cü xan Emin 額敏 É-mǐn 1711-1740 Qapur bəyin böyük oğlu. Xanlıqda hakimiyyətinin 50-ci ilində Birinci dərəcəli "Yasak Tarxan" titulu unvanına layiq görüldü. Yonqzenqin hakimiyyətinin beşinci ilində Zenqquo Qonq (鎮國公) (Dövləti qoruyan hersoq) vəzifəsinə yüksəldi; Yonqzenqin hakimiyyətinin 7-ci ilində Quşan Beizi (固山 貝 子) (Bayraq Şahzadəsi) vəzifəsinə yüksəldi. Qianlunun hakimiyyətinin 5-ci ilində isə vəfat etmişdir.
4-cü xan Yusif 玉素甫 Yù-sù-fǔ və yaxud Yusif 玉素卜yù sù bǔ 1740-1767 Eminin böyük oğlu. Qianlunun hakimiyyətinin beşinci ilində Jasaq Zenqo Qonq rütbəsini miras aldı. Qianlunun hakimiyyətinin 10-cu ilində Quşan Beiziyə yüksəldi. Qianlunun hökmranlığının 23-cü ilində Beile Pinji (貝勒 品級) titulu aldı. Qianlunun hökmranlığının 24-cü ilində ona Duoluo Beile (多羅貝勒), Junvanq Pinji (郡王 品級) titulu verildi. 31-ci ilinin 12-ci ayında (1767-ci il yanvar) ölmüşdür.
5-ci xan İsaq 伊薩克 yī-sà-kè 1767-1780 Yusifin ikinci oğlu. Qianlunun hökmranlığının 32-ci ilində Junvanq Pinji Jasaq Duoluo Beil titulunu miras aldı. Hakimiyyətinin 45-ci ilində vəfat etmişdir.
6-cı xan 額爾德錫爾 é-Ěr-dé-xī-ěr 1780-1813 İsaqın böyük oğlu. Qianlunun hakimiyyətinin 45-ci ilində Junvanq Pinji Jasaq Duoluo Beil titulunu miras aldı. 48-ci ildə imperator əmri ilə ona daimi varislik verildi (bütün nəsilləri avtomatik olaraq titulunu miras alacaqdı). İmperator Jiaqinqin hakimiyyətinin 18-ci ilində öldü.
7-ci xan Bəşirr 博錫爾 bó-xī-ěr 1813-1867 é-Ěr-dé-xī-ěrin oğlu. Jiaqinqin 18-ci ilində hakimiyyəti miras aldı (atasının titulları ilə). Daoquanqın hökmranlığının 12-ci ilində Duoluo Junvanqa yüksəldi 多 羅 郡王. Xianfenqin hakimiyyətinin üçüncü ilində ona Qinvang 親王 rütbəsi verildi. Tonqzinin hakimiyyətinin beşinci ilində Dunqan üsyanı başladı, lakin o (Tsinə) sadiq qaldı. Tonqzinin hakimiyyətinin altıncı ilində, ölümündən sonra Hezhuo Qinvanq 和碩親王 tituluna layiq görüldü.
8-ci xan Məhəmməd 賣哈莫特 mài-hǎ-mò-tè 1867-1882 Bó-xī-ěrin oğlu. Tonqzinin hakimiyyətinin altıncı ilində Jasaq Hesuo Qinvanq titulunu miras aldı. Quanqxunun hakimiyyətinin yeddinci ilində öldü və titulunu alacaq varisi qalmamışdı.
9-cu xan Şah Maqsud 沙木胡索特 shā-mù-hú-suǒ-tè 1882-1930 Məhəmmədin qardaşı oğlu. Quanqxunun hakimiyyətinin səkkizinci ilində hakimiyyəti miras aldı. Çin Respublikasının dördüncü ilində Qinvanq olaraq maaşı ikiqat artırıldı. Çin Respublikasının 19-cu ilində altıncı ayın altıncı günü, xəstəlikdən vəfat etdi.
10-cu xan Nasir 聶滋爾 niè-zī-ěr 1930-1934 Şah Maqsudun ikinci oğlu. Çin Respublikasının 19-cu ilində, 9-cu ayın 13-də titullarını miras aldı. Çin Respublikasının 23-cü ilində öldü. In the 23rd year of the Republic he died.
11-ci xan Bəşir 伯錫爾 bó-xī-ěr 1934-1949 Nasirin böyük oğlu. Respublikanın 23-cü ilinin dördüncü ayında hakimiyyəti miras aldı. Lakin Kulum üsyanı da iştirak etdiyi zaman tutuldu və həbsxanaya göndərildi. 1951-ci ildə həbsxanada olarkən ölmüşdür.
  1. 达远, 黄. "试论清代哈密回旗". 新疆大学中亚文化研究所.
  2. Library of Congress. Orientalia Division. Arthur William Hummel (redaktor). Eminent Chinese of the Chʻing period (1644-1912) (reprint). Chʻeng Wen Publishing. 1943. səh. 263. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-08.
  3. Arthur William Hummel. Arthur William Hummel (redaktor). Eminent Chinese of the Ch'ing period (1644-1912). Che̓ng Wen Publishing House. 1972. səh. 263. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-08.
  4. Arthur William Hummel. Arthur William Hummel (redaktor). Eminent Chinese of the Ch'ing period: 1644-1912, Volumes 1. SMC publ. 1991. səh. 263. ISBN 957-638-066-9. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-08.
  5. James A. Millward. Eurasian crossroads: a history of Xinjiang. Columbia University Press. 2007. səh. 190. ISBN 978-0-231-13924-3. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  6. Alexander Douglas Mitchell Carruthers; Jack Humphrey Miller. Unknown Mongolia: a record of travel and exploration in north-west Mongolia and Dzungaria, Volume 2. Lippincott. 1914. səh. 487. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  7. Carruthers Douglas. Unknown Mongoli: A Record of Travel and Exploration in North-West Mongolia and Dzungaria. BiblioBazaar, LLC. 2009. səh. 487. ISBN 978-1-110-31384-6. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  8. Alexander Douglas Mitchell Carruthers; Jack Humphrey Miller. Unknown Mongolia: a record of travel and exploration in north-west Mongolia and Dzungaria, Volume 2. Lippincott. 1914. səh. 489. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  9. Alexander Mildred Cable; Francesca French. The Gobi desert. Hodder and Stoughton. 1944. səh. 134. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  10. Reginald Charles Francis Schomberg. Peaks and plains of central Asia. M. Hopkinson ltd. 1933. səh. 78. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  11. Royal Central Asian Society, Central Asian Society, London. Journal of the Royal Central Asian Society, Volume 21. Royal Central Asian Society. 1934. səh. 82. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  12. S. Frederick Starr. Xinjiang: China's Muslim borderland. M.E. Sharpe. 2004. səh. 74. ISBN 0-7656-1318-2. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  13. Kate James. Women of the Gobi: Journeys on the Silk Road. Pluto Press Australia. 2006. səh. 178. ISBN 1-86403-329-0. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  14. Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 247. ISBN 0-521-25514-7. 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  15. Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 44. ISBN 0-521-25514-7. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  16. Усов В. Н. Советская разведка в Китае: 30-е годы XX века. — М., Тов-во науч. изд. КМК, 2007. — ISBN 978-5-87317-367-9 — c. 357
  17. James A. Millward. Eurasian crossroads: a history of Xinjiang. Columbia University Press. 2007. səh. 191. ISBN 978-0-231-13924-3. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  18. 《清史稿》卷二百十一 表五十一/藩部世表三