Lənkəran Sahil Bulvarı — Vikipediya

Lənkəran bulvarı
Lənkəran Sahil bulvarı
Məlumatlar
Parkın tipi Bulvar
Yerləşməsi Lənkəran, Azərbaycan
Yaradılıb 11 avqust 2006
Tabeçiliyi Lənkəran Şəhər İcra Hakimiyyəti
Statusu İlboyu açıq
Saytı lenkeran-ih.gov.az

Lənkəran bulvarı (rəsmi adı ilə: Lənkəran Sahil bulvarı) — Azərbaycanın Lənkəran şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar.

Bulvar 11 avqust 2006-cı ildə əhalinin istifadəsinə verilmişdir. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdir.[1]

Bulvar Lənkəran şəhərinin Heydər Əliyev prospekti ilə Əliağa Vahid küçələrinin kəsişməsində yerləşir. Bulvarda uşaqlar üçün oyun meydançaları, əhali üçün istirahət guşələri də mövcuddur.

  1. https://azertag.az/xeber/sahil_parki_lenkeranlilarin_yeni_istirahet_gusesidir-352881 (#bare_url_missing_title).