Laos dili — Vikipediya
Laos dili | |
---|---|
Orijinal adı | laos ພາສາລາວ phasa lao pʰáːsǎː láːw |
Ölkələr | Tailand, Laos, Kamboca |
Rəsmi status | Laos |
Danışanların ümumi sayı | 20-25 milyon |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | Laos əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | лао 375 |
ISO 639-1 | lo |
ISO 639-2 | lao |
ISO 639-3 | lao |
Dilin strukturlarının dünya atlası | lao |
Ethnologue | lao |
ABS ASCL | 6401 |
IETF | lo |
Glottolog | laoo1244 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Laos dili,[1] lao dili və ya laotyan dili[2] (laos ພາສາລາວ, phasa lao) — Tay-kaday dilləri ailəsinin tay dili qrupuna aid olan dil, laoların dili, Laosun rəsmi dövlət dili. Şimal, mərkəz və cənub dialekt qrupları var. Təcridi dildir. Sözlər arasında sintaktik əlaqələr analitik yolla yaradılır. Cümlədə söz sırası sabitdir. Leksikasında pali və sanskrit dillərindən keçmə sözlər çoxdur. Ədəbi dil Vyentyan dialektinə əsaslanır. Laosda ilk yazılı abidələri XIII əsrə aiddir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Лаолар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 153.
- ↑ 1 2 Лаос дили // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 157.
Vikianbarda Laos dili ilə əlaqəli mediafayllar var.