Laosun dövlət quruluşu — Vikipediya
Laos | |||||
---|---|---|---|---|---|
ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ | |||||
| |||||
ສັນຕິພາບ ເອກະລາດ ປະຊາທິປະໄຕ ເອກະພາບ ວັດຖະນາຖາວອນ Sülh, müstəqillik, demokratiya, birlik və tərəqqi | |||||
Himn: Pheng Sat Lao | |||||
Paytaxt | Vyentyan | ||||
İdarəetmə forması | Respublika | ||||
Sahəsi | Dünyada 81-ci | ||||
• Ümumi | 236800 km² | ||||
• Su sahəsi (%) | 2 | ||||
Əhalisi | |||||
• Əhali | 6 500 000 nəfər | ||||
• Sıxlıq | 25 nəf./km² | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Laosun dövlət quruluşu — 1991-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu
[redaktə | mənbəni redaktə et]Laos məhdudiyyəti olmayan prezident idarəetmə üsuluna malik, bir partiyalı sosialist tipli respublikadır. Milli bayram günü olan müstəqillik günü (1949) 19 iyul tarixində qeyd edilir. 10 fəsil və 80 maddədən ibarət Laos Konstitusiyası 14 avqust 1991-ci il tarixində qəbul edilmişdir.
İnzibati bölgüsü
[redaktə | mənbəni redaktə et]Laos Respublikası 11 000 kommunadan ibarət 140 rayonu özündə birləşdirən 16 əyalətə (Attapı, Bokeo, Bolikxamsay, Tyampasak, Xuapxan, Kxammuan, Luanqnamtxa, Luanqpxabanq, Udomsay, Pxonqsali, Saynyabuli, Salavan, Savanakxet, Sekonq, Vyentyan-əyalət və Sienqkxuanq) və Vyentyan paytaxt prefekturasına bölünür.
Dövlət başçısı
[redaktə | mənbəni redaktə et]Mövcud Konstitusiyaya görə, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident, ölkə Parlamenti tərəfindən 5 il müddətinə seçilir. Ali qanunverici orqanda dövlət başçısı seçilmək üçün namizəd, Parlamentin xüsusi iclasında iştirak edən deputatların ən azı 2/3 hissəsinin səsini qazanmalıdır.
Laos Prezidenti Milli Assambleyanın qərarına əsasən Baş naziri, onun təqdimatı ilə əyalət qubernatorlarını və şəhər merlərini təyin edir və vəzifədən kənarlaşdırır, Baş nazirin təqdimatı ilə silahlı qüvvələrin və təhlükəsizlik xidmətinin ali vəzifəli şəxslərinə hərbi rütbələr verir, habelə əfvlə bağlı sərəncam imzalayır və digər funksiyaları həyata keçirir.
Dövlət başçısı Hökuməti formalaşdırır və onun üzvlərini təyin edir. Prezidentin birbaşa rəhbərliyi altında fəaliyyət göstərən nazirlər onun qarşısında fərdi məsuliyyət daşıyırlar.
Qanunverici hakimiyyət
[redaktə | mənbəni redaktə et]Laosun ali qanunverici orqanı 132 yerlik, bir palatalı Milli Assambleyadır. Parlamentə 5 il müddətinə seçilən üzvlər, əhali tərəfindən bərabər və birbaşa seçkilər nəticəsində müəyyən edilir. Milli Assambleyanın bütün deputat mandatları, ölkədə yeganə leqal və hakim siyasi partiya sayılan Laos Xalq-İnqilab Partiyasının təmsilçilərinə məxsusdur.
Qanunvericilik hakimiyyəti orqanı olan Milli Assambleya qanunların hazırlanması və qəbulunda, dövlət büdcəsinin və sosial-iqtisadi inkişaf planının müzakirəsi və təsdiqində, habelə Milli Assambleyanın təqdimatı ilə ölkə Prezidentinin vəzifədən kənarlaşdırılmasında və mövcud Konstitusiya ilə müəyyən olunmuş digər mühüm məsələlərdə səlahiyyətlidir.
İcraedici hakimiyyət
[redaktə | mənbəni redaktə et]Hökumət — Baş nazirdən, onun müavinindən, nazirlərdən və nazir statusuna malik komissiya sədrlərindən ibarət və səlahiyyət müddəti 5 il olan yuxarı icra orqanıdır. Hökumət dövlətin bütün sferalar (siyasi, iqtisadi, sosial, mədəni, müdafiə, təhlükəsizlik və xarici siyasət) üzrə siyasətini həyata keçirməkdə, habelə bütün səviyyələrdə inzibati strukturların fəaliyyətini istiqamətləndirməkdə və nəzarətdə saxlamaqda səlahiyyətlidir.
Assambleya üzvləri 2/3 səs çoxluğu ilə mövcud Konstitusiyaya dəyişikliklər etmək hüququna malikdirlər.
Məhkəmə hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Laosun ən yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, habelə xalq əyalət, bələdiyyə, ]]xalq]] rayon və hərbi məhkəmələr ölkədə məhkəmə hakimiyyətini həyata keçirirlər.
Ali Məhkəmənin müavini və xalq məhkəmələrinin bütün səviyyələr üzrə hakimləri Milli Assambleyanın müvafiq daimi komissiyası tərəfindən təyin və vəzifələrindən azad edilirlər.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Лаос. Справочник / Ответственный редактор В. А. Тюрин. — М.: Наука, 1980. — С. 263.
- Кобелев Е. В. — Лаосская Народно-Демократическая Республика. — М., 1978 (Новое в жизни, науке, технике. Серия "У политической карты мира", 2)
- Кожевников В. А. — Очерки новейшей истории Лаоса. — М., 1979
- Лаос. Справочник. — М., 1994
- Михеев Ю. Я. — Лаосская Народно-Демократическая Республика. Справочник. — М., 1985
- Щедров И. М. — Республика на Меконге. — М., 1983