Laqodexi qoruğu — Vikipediya
Laqodexi qoruğu | |
---|---|
gürc. ლაგოდეხის სახელმწიფო ნაკრძალი | |
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi) | |
Sahəsi | 19 749 ha |
Yaradılma tarixi | 1912 |
Faunası | Qonur ayı, Nəcib maral, Canavar, Adi vaşaq |
Yerləşməsi | |
41°54′ şm. e. 46°20′ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region | Gürcüstan |
Yaxın şəhər | Laqodexi |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Laqodexi (gürc. ლაგოდეხის სახელმწიფო ნაკრძალი) — Gürcüstan ərazisində mövcud olan qoruq. Üstəlik ərazidə həmçinin yasaqlıq mövcuddur. Yasaqlığın tarixi 2003-cü ildən başlayır. Goruq 1912-ci ildə təşkil efilmişdir. Ümumilidə Gürcüstan ərazisində təşkil olunan ilk qoruqdur.
Yerləşməsi və coğrafiyası
[redaktə | vikimətni redaktə et]Qoruğun ərazisi Gürcüstanın şimal-şərqində, Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Qoruq ərazisi Azərbaycan və Dağıstanla[1] sərhdə malikdir. Qoruğuun sahəsi 19 748 ha, yasaqlığın ərazisi isə 4702 hektardır. Qoruğun ərazisi 590–3500 metr okean səviyyəsindən yüksəklikdə qərarlaşır. Qoruq dağlar arası dərələrdən ibarətdir.[2][3] Ninosxevi, Şromisxevi, Laqodexisskali və Misimisskali çaylarının dərələri gözəl mənzərələr yaradır. Yüksəkliklərdə çoxlu sayda buzlaq məşəlli göl vardır. Ən böyük göl Xala-Xel Dağıstanla sərhəddə yerləşir.[4] Dərinliyi 14 metrdir.
Qoruq ərazisinə yalnız araşdırmalar məqsədi ilə buraxılır. Yasaqlıq ərazisinə isə beş turistik maşrutlar vardır: "Nino dərəsi", XI əsrə aid Maçi qəsri, Xala-Xel gölü. Azərbaycan və Gürcüstan arasında anlaşmaya görə yasaqlığa gələn turistlər sərbəst hərəkət etmək məqsədi ilə dövlət sərhədlərini sərbəst keçə bilərlər.
Flora və fauna
[redaktə | vikimətni redaktə et]Goruq ərazisinin böyük qismi enli yarpaq meşələr və dağ tundrası tutur. Ərazisinin 70 % meşələrlə ötüküdür. Ən geniş sahələri Şərq fıstığı (Fāgus orientālis), Adi vələs (Carpinus betulus) və s. Laqodexi heyvanlar aləminin zənginliyi ilə seçilir. Bu səbəbdən əvvəllər ovçuluq əazilərindən hesab edilirdi. Burada Dağıstan dağ keçisi (Capra cylindricornis)[5], Qarapaça (Rupicapra rupicapra) və Nəcib maral (Cervus elaphus) kimi iri məməliləri görmək olar. Yırtıcılardan Adi vaşaq (Lynx lynx), Canavar (Canis lupus), Qonur ayı (Ursus arctos), quşlardan Toğlugötürən (Gypaetus barbatus), Məzar qartalı (Aquila heliaca), Berkut (Aquila chrysaetos) və Çöl qartalı (Aquila nipalensis) kimi canlılar yayılmışdır. Burada ümumilikdə 150 növ quş, 53 növ məməli, 5 növ suda-quruda yaşayan, 12 növ sürünən 4 növ balıq yaşayır.
Üstəlik burada Amerika yenotu (Procyon lotor) kimi canlını görmək olar.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ John Noble, Michael Kohn and Danielle Systermans, Georgia, Armenia & Azerbaijan, 3rd ed. Footscray, Victoria / London: Lonely Planet, 2008, ISBN 9781741044775, p. 115 Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine.
- ↑ Lagodekhi Protected Areas Administration Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine, Agency of Protected Areas, Georgia, retrieved 19 August 2014.
- ↑ Valdis Pilāts and Māris Laiviņš, "Historical Parallels of Moricsala and Lagodekhi—Two 100-Year Old Protected Nature Areas in Latvia and Georgia", Acta Biologica Universitatis Daugavpiliensis 13.2 (2013) 111–35, ISSN 1407-8953, p. 112 (pdf)
- ↑ "Lagodekhi Nature Reserve: The history of a century"[ölü keçid], Georgia Today, 22 November 2012.
- ↑ Paul J. Weinberg, "Capra cylindricornis" Arxivləşdirilib 2019-07-08 at the Wayback Machine, Mammalian Species 695, 5 July 2002, pp. 1–9, p. 6.