Latın məhəlləsi — Vikipediya
Latın məhəlləsi ya Latın kvartalı (fr. Quartier latin) — Parisin V və VI dairələrini əhatə edən, Sena çayının sol sahilində Sorbonna universitetinin əhatəsini təşkil edən ənənəvi tələbə məhəlləsi. Məhəllə kiçik dalan və küçələrə, bistro kafe və restoranlarla zəngindir.
Cakomo Puççininin Bohema operasının II pərdəsindəki hadisələr məhz bu Latın məhəlləsində cərəyan edir.