Latviya latı — Vikipediya
Lat (latış. Lats; simvolu — Ls; kodu ISO 4217 — LVL) — Latviyanın 1922-1940 və 1993-2013 milli valyutası. Müstəqilliyi bərpa ediləndən sonra, 7 may 1992-ci ildən müvəqqəti ödəniş vasitəsi kimi Latviya rublu dövriyyəyə buraxıldı. Lat dövriyyədə 5 mart 1993-cü ildən istifadə edilir. Latlar SSRİ rubluna 200 : 1 nisbəti ilə dəyişilirdi.
1, 2, 5, 10, 20, 50 santim xırda və 1, 2 lat metal pullar vardır. 10 (gümüş 925) və 100 lat (qızıl 999,9); 5, 10, 20, 50, 100 və 500 lat əskinazlar vardır. 1 Latviya latı 100 santimə (santīmu) bərabərdir.
2014-cü ilin yanvarın 1-dən Latviya Avrozonanın hissəsi olmuş və beləliklə, öz rəsmi valyutanı latdan avroya dəyişdi. 15 yanvara qədər bu ölkədə lat tədricən dövriyyədən çıxmalıdır.[1]
Mənbə
[redaktə | vikimətni redaktə et]- Latviya Bankının rəsmi saytı
- Latviya valyutasının dəyişilməsi Arxivləşdirilib 2011-12-28 at the Wayback Machine
- İlk Latviya rublları - 1919-ci il) Arxivləşdirilib 2013-04-20 at the Wayback Machine
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.