Laza (Qəbələ) — Vikipediya
Laza | |
---|---|
41°03′00″ şm. e. 47°54′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1100 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 3601 |
Vikianbarda əlaqəli mediafayllar |
Laza — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | vikimətni redaktə et]Rəvayətə görə əhalinin əcdadları oraya Qusar rayonunun Laza kəndindən köçmüşlər. Kəndin yaranma tarixi XVII əsrin sonu, XVIII əsrin əvvəli hesab edilir. Vaxtı ilə Qusar rayonunun Laza kəndindən aran rayonlarına qışlaqlara köç edənlər tədricən burada daimi məskunlaşmışlar. Kənddə ilk məskunlaşan tayfalar laza tayfaları olduğundan kəndin adı da Laza olmuşdur.
Laza kəndi mərkəzdən 8 km. şimal-şərqdə Dəmiraparan çayının sahilində Baş Qafqaz silsiləsinin cənub yamacındadır.[1]
Toponimikası
[redaktə | vikimətni redaktə et]- Laza oyk., sadə.
- Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır;
- Qusar r-nunun Zindan muruq i.ə.v.-də kənd. Qusar çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi Dağıstanın Laza kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimlər gürcülərin etnoqrafik qrupu olan lazların adı ilə bağlıdır.[2]
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]- Kənd Baş Qafqaz sıra dağlarının şimal-qərb hissəsində, Dəmiraparan çayı üzərində salınıb. Özünəməxsus gözəl təbiəti vardır.
Mədəniyyət
[redaktə | vikimətni redaktə et]Sevimli müğənnimiz Zeynəb Xanlarovanın mahnılarından birinə çəkilmiş süjet xəttində Muçuq şəlaləsinin görüntüləri bu kənddə lentə alınıb. Hər bir mahnısını təbiət görüntüləri ilə sintez etməsi, teletəsvir müğənninin yaradıcılığına xas olan cəhətlərdəndir. Elə Lazada 96 metr hündürlükdən axan Muçuq şəlaləsi də Zeynəb xanıma həsr edilən “Salam Zeynəb” sənədli filmində çağlayır. Zəyli və digər deltavari şəlalələr də bu kəndin ərazisindədir.[1]
Təhsil
[redaktə | vikimətni redaktə et]- 9 illik Laza kənd orta məktəbi.
Əhalisi
[redaktə | vikimətni redaktə et]İndi kənddə 1100 nəfər yaşayır. Ləzgi kəndidir. At üstündə çobanlar, minlərlə qoyun-quzu dağlara-düzlərə səpələnirlər. Yaşıl çəməndə ağ xalıya bənzər bu görüntülər Qəbələdə tez-tez görünən səhnələrdəndir. Dağdan sürülər enəndə hansı kənddən ötərsə, çobanlar yol üstündə səxavətli olar, əlinin altında nə varsa paylayarlar. Eyni ilə kəndlərdə də sürünün səsi eşidilən kimi, pişvazına çıxar, çobanları ev xörəklərinə qonaq edərlər. Bərəkət simvolu sayılan sürülər el-obanın varına, dövlətinə işarədir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |