Lazar Şaineanu — Vikipediya

Lazar Şaineanu
fr. Lazare Sainéan
Doğum adı Eliezer Schein
Doğum tarixi 23 aprel 1859(1859-04-23)[1]
Doğum yeri
Vəfat tarixi 11 may 1934(1934-05-11)[1] (75 yaşında)
Vəfat yeri
Elm sahəsi dilçilik
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lazar Şaineanu (23 aprel 1859- 11 may 1834) — rumın dilçisi, folklorçusu.

Lazar Şaineanu 1859-cu ildə anadan olmuşdur. 1901-ci ildə Fransaya köçmüş, École des hautes étudesdə təhsil işçisi olaraq çalışmışdır. Şäineanu rumın dili üzrə yazdığı əsərlərlə tanınmışdır. Bundan əlavə türk dili, türk tarixitürk mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən bir əsər yazmışdır. «Influenta orientalä asupra limbei şi culturei romäne» (1900) adı ilə nəşr olunan bu əsərdə rumin dilində türk dilindən alınma sözlərdən bəhs olunur. Şäineanudan əvvəl Theophil Loebelde bu haqda əsər yazmışdır («Elemente turceştı, ara- beştı şi persane ın limba Romänä», 1894). Loebel Şäineanunun əsəri ilə əlaqədar öz fikir və düşüncələrini də dərc etdirmişdir («Contributioni i observatiuni relative la opera "Influenta orientalä" de L. Şäineanu», 1909). Son illərdə Heinz F. Wendt «Die türkischen Elemente im Rumänischen» (1960) adlı əsərində rumin dilində istifadə olunan türk sözlərini təkrar gözdən keçirsə də, Şäineanunun tədqiqatları bu sahədə nəşr olunan ilk əsər olaraq öz əhəmiyyətini itirməmişdir.

Şäineanu 1934-cü ildə Parisdə vəfat etmişdir

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Deutsche Nationalbibliothek Record #116758805 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.