Leyla Bədirbəyli — Vikipediya
Leyla Bədirbəyli | |
---|---|
Digər adları | Leyla Bədirbəyova Leyla Cavanşirova |
Doğum tarixi | |
Doğum yeri | Bakı, AXC |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | AXC→ SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1936–1998 |
Mükafatları | |
IMDb | ID0246139 |
Vikianbarda əlaqəli mediafayllar |
Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə)[1] dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib.[2] Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar.
1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı.
Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Leyla Bədirbəyli 1936-cı ildə 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə qurmuşdur. 1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlmişdir. Cavanşir Cavanşirov həyat yoldaşı Elmira Cavanşirova ilə Leylanın uşaqlıqda yaşadığı, Fəvvarələr Meydanında yerləşən evdə, 2017-ci ildə vəfat edənə qədər yaşayırdı,
amma Leyla ilə Fərəcin birgə ailə həyatları uzun sürmür və 4 ildən sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı — Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları — Bikə doğulur. Kamil Aslanov Ukraynada yol qəzasına uğrayır və vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir[3].
Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat etmişdir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilmiş, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılmışdır[4]
Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.
Yaradıcılıq fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna" filminə çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olub.
1945-ci ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.
Xatirəsi
[redaktə | vikimətni redaktə et]29 dekabr 2019-cu ildə Azərbaycan prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[5]
Təltif və mükafatları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 ("Arşın mal alan" filmindəki Gülçöhrə roluna görə)
- Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1972 (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasında Fəxrəndə xanım roluna görə)
- "İstiqlal" ordeni — 7 yanvar 1999[6]
- "Əməkdə fərqlənməyə görə" medalı — 25 fevral 1946
Teatr sahəsində rolları
[redaktə | vikimətni redaktə et]- Dezdemona (Otello, Uilyam Şekspir)
- Nərminə (Göz həkimi, İ. Səfərli)
- Solmaz (Od gəlini, Cəfər Cabbarlı)
- Liza (Canlı meyit, Lev Tolstoy)
- Fəxrəndə (Mahnı dağlarda qaldı, İlyas Əfəndiyev)
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Arşın mal alan (film, 1945) — Gülçöhrə
- Asif, Vasif, Ağasif (film, 1983)
- Aygün (film, 1960)
- Azərbaycan kinosu-80 (film, 1996)
- Beş dəqiqəlik konsert (film, 1941)
- Bizim küçənin oğlanları (film, 1973)
- Böyük ömrün anları (film, 2006)
- Çarvadarların izi ilə (film, 1974)
- Dəcəl dəstə (film, 1937)
- Dəli Kür (film, 1969)
- Dərviş Parisi partladır (film, 1976)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Fətəli xan (film, 1947)
- Gəmi saatının sirri (film, 1983)
- Gənc qadının kişisi (film, 1988)
- Gilas ağacı (film, 1972)
- Görüş (film, 1955)
- Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli (film, 2014)
- Günlərin bir günü... (film, 1976)
- İntizar (film, 1969)
- Kişi sözü (film, 1987)
- Kölgələr sürünür (film, 1958)
- Koroğlu (film, 1960)
- Qanlı zəmi (film, 1985)
- Qəzəlxan (film, 1991)
- Maestro Niyazi (film, 2007)
- Mən ki gözəl deyildim (film, 1968)
- Mən mahnı qoşuram (film, 1979)
- Müqəddəs oda yanaram (film, 1991)
- Nağılların Dərbəndi (film, 2006)
- Nehrəmli qız (film, 2002)
- O dünyadan salam (film, 1991)
- O olmasın, bu olsun (film, 1956)
- Onun böyük ürəyi (film, 1958)
- Prima (film, 1994)
- Sevil (film, 1970)
- Səbuhi (film, 1941) — Tubu
- Sovqat (film, 1942)
- Tələ (film, 1990)
- Tikdim ki, izim qala (film, 1997)
- Üzeyir ömrü (film, 1981)
- Vulkana doğru (film, 1977)
Şəkillər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan səhnəsinə gözəlliyi ilə işıq saçan Leyla Bədirbəylinin doğum günüdür". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
- ↑ "Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın: Leyla Bədirbəyli haqqında maraqlı faktlar". 2023-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-09.
- ↑ "Məşhurların ailə faciələri". 2016-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-01.
- ↑ "Xalq artisti Leyla Bədirbəylinin dəfninin təşkili üzrə Dövlət komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 1999-cu il 273 nömrəli Sərəncamı Arxivləşdirilib 2018-11-26 at the Wayback Machine (az.)
- ↑ President.Az. "Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29.12.2019. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ "70 - L. A. Bədirbəylinin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında". e-qanun.az. 10 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2016.
Mənbə
[redaktə | vikimətni redaktə et]- "Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964.
- [ölü keçid] Leyla Bədirbəyli
- Leyla Bədirbəyli Arxivləşdirilib 2020-11-30 at the Wayback Machine
- Лейла Бедирбейли – Биография
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 276.
- "Səhnəmizin Leylası" //Respublika.- 2011.- 1 yanvar.
- Azərbaycan gözəli: Leyla Bədirbəyli //Ekran-efir.- 2015.- 9 yanvar.- S.6.
- Əsgərov, H. Gözəllik tərcümanı //Mədəniyyət.- 2015.- 23 yanvar.- S.11.
- Gül çöhrəli Leyla… "Azərbaycan gözəli" adı almış aktrisanın anadan olmasından 95 il ötdü //Ekspress.- 2015.- 10 – 12 yanvar.- səh. 21.
- Xalq artisti Leyla Bədirbəylinin 95 illiyi tamam olub //525-ci qəzet.- 2015.- 9 yanvar.- səh. 7; Kredo.- 2015.- 9 yanvar.- səh. 16.
- "Onun çəkildiyi filmlər və oynadıgı rollar qocalmır, unudulmur" //Üç nöqtə.- 2015.- 22 yanvar.- səh. 13.