Şah Əbdül Əzim məscidində bəst — Vikipediya
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səh.286