Məhəmməd Biriya — Vikipediya
Məhəmməd Biriya | |
---|---|
Doğum tarixi | 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 1985 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, siyasətçi |
Məhəmməd Biriya və ya Məhəmməd Bağırzadə (tam adı Məhəmməd Hacı Qulam oğlu Biriya; 1914, Təbriz – 1985, Təbriz) — Azərbaycan Demokrat Firqəsinın maarif naziri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Məhəmməd Bağırzadə (Biriya) 1914-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Atası sənətkar olub. 1920-ci ildə Quzey Azərbaycana muhacirət edib. İlk təhsilini Bakıda alıb. 1929-cu ildə anası vəfat etdikdən sonra yenidən Təbrizə qayıdıb. Şair milləti Pəhləvi zülmünə qarşı mubarizəyə dəvət edib.
1945-ci ildə Azərbaycan Demokrat Firqəsi hökumət qurandan sonra maarif naziri seçilən[1] Məhəmməd Biriya məktəblərdə Azərbaycan dilinin tədrisinin proqramını yaradıb. 1941–1946-cı illərdə Respublikamızın ziyalıları tərəfindən Təbrizdə nəşr olunmuş "Vətən yolunda" qəzetində bir çox şerləri dərc olunmuşdur.
Şairin şeirlərini Bakıda 1944-cü ildə "Ürək sözü" adıyla 5 min tirajla çap ediblər.
1947-ci ildə Azərbaycan Demokrat Firqəsi dağılandan sonra Şimali Azərbaycana gəlmişdir. Sovet dövründə Sibirə sürgün olunub. Azərbaycan maarifinin inkişafında böyük rol oynayıb.
1947-ci il dekabrın 28-də Biriyanı gizli həbs edilib. 7 aydan çox davam edən istintaqdan sonra 10 il həbs cəzası kəsərək indiki Qazaxıstan Respublikasının Karaqanda şəhərindəki 415 saylı islah əmək düşərgəsinə göndərilib. Şair həbsxanada da "dinc durmadığına" görə onu tez-tez məhbuslardan ayırmağa, ayrı-ayrı həbs düşərgələrinə göndərməyə məcbur olublar. Hətta 20 noyabr 1950-ci ildə həbsxana məhkəməsi yenidən 10 il, Luqovsk həbs düşərgəsində olduğu zaman isə, yəni 23 avqust 1951-ci ildə ciddi nəzarətdə saxlamaqla bir il həbs cəzasına məhkum edilib.
30 avqust 1956-cı ildə Məhəmməd Bağırzadə Biriyanın qondarma cinayət işinə yenidən baxılıb və "əməlində cinayət tərkibi olmadığına görə işə xitam verilib".
1985-ci il fevralın 19-da döyüşkən şair ziddiyətli ömrünü Təbrizdəki kimsəsizlər evində başa vurub.
Əlyazması
[redaktə | mənbəni redaktə et]Moskva, Sovetlər İttifaqının baş naziri Malenkov cənablarına İranlı şair Məhəmməd Biriya tərəfindən ərizə yazılmışdır. Bu yazının original surəti Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılmaqdadır. Həmin nüsxənin üzündən latın əlifbasına Piruz Dilənçi koçürmüşdür[2] .
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 167. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ "Məhəmməd Biriya tərəfindən Ə R İ Z Ə". 2013-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-10.