Məmməd Əlili — Vikipediya

Məmməd Əlili
Məmməd Əli oğlu Əlili Əlizadə
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi (94 yaşında)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1916–1990
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960
"Əməkdə fərqlənməyə görə" medalı — 1959
IMDb ID1117303

Əlili Məmməd Əli oğlu Əlizadə (7 noyabr 1898, Bakı13 iyun 1993) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).

Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb ailədə doğulmuşdu. Uşaqlığı ağır keçmişdi. Ailənin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olmuşdu. Cəfər Cabbarlı ilə tanış olandan sonra həyatı dəyişmiş, C. Cabbarlı onu məktəbə cəlb etmişdi. Onların uşaqlıqda başlanan dostluğu sonralar da davam etmişdir.

M. Əlilinin incəsənətə bağlılığının tarixi "Pusfilm"in Bakıda çəkdiyi "Neft və milyonlar səltənətində" filminin tarixindən, yəni 1916-cı ildən başlayır. O vaxt mollaxanada oxuyan Məmməd filmin mollaxana ilə bağlı səhnəsində şagirdlər arasında rola çəkildi. İlk vaxtlar o, teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləmişdi. 1932-ci ildə Moskvada Malı Teatrın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənib. Özünü bacarıqlı təşkilatçı və xarakter aktyor kimi tanıdan Əlilini Çeçen-İnquş MSSR-ə peşəkar teatr yaratmaq məqsədilə ezam edirlər. Burada da etimadı layiqincə doğruldan Məmmədi Cəfər Cabbarlı Bakıya dəvət edir. O vaxt "Almaz" bədii filmi çəkilirdi və Əlili rejissor asistenti kimi işə başladı. O, Cəfər Cabbarlının bütün tamaşalarının ərsəyə gəlməsində əvəzedilməz rol oynamışdı. Həmin dövrlərdə Azərbaycanda çəkilmiş bütün kinolarda Əlilinin böyük əməyi vardı. O, "Dənizi fəth edənlər" filminin çəkilişləri zamanı yanğının içində bəzi kadrları çəkib və səhnə elə buna görə də çox təbii alınıb. Əlili Neft Daşlarının fəxri vətəndaşı olub. Orada heç kəsə 10 gündən artıq qalmağa icazə verilmirdi, ona isə 9 ay qalmaq nəsib olmuşdu. "Dənizçilər haqda dastan" və "Dənizi fəth edənlər" filmləri məhz Neft Daşlarında çəkilib.

Əlili məşhur rejissorlar Ç.Q.Sabinski, İ.A.Savçenko, Boris Barnet, İosif Xeyfits, A.Zorxi, Qriqori Aleksandrov, R. Karmen və başqaları ilə işləmiş, onladan öyrənmişdir. Onun Azərbaycanın əməkdar incəsənət xadimi adını almasında R.Karmenin xüsusi rolu olmuşdu. Müvəffəqiyyətlə çəkdikləri "Dənizçilər haqqında dastan" və "Dənizi fəth edənlər" filmləri böyük uğur qazanmışdı və bir sıra sənətkarlara buna görə fəxri ad verilmişdi. R.Karmen Əlilinin də adını o siyahıya saldırıb Moskvaya gedir, amma Əlilinin familiyasının siyahıdan çıxarıldığını eşidir. Bundan sonra o Məmməd Əlilinin adını bərpa elətdirməyə nail olur. Bir versiyaya görə məhz familiyasına görə Məmməd Əliliyə ad vermək istəmirmişlər. Bu familiyaya görə 1937-ci ildə də onun başı çox ağrımışdı.

"Cavid ömrü" filmində onun obrazını Azər Axşam canlandırmışdır.

Aktyor Qorxmaz Əlilinin atasıdır.

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.