Mərkəzi sinir sistemi — Vikipediya

Mərkəzi sinir sistemi

Mərkəzi sinir sistemi— Mərkəzi sinir sistemi hüceyrələr , toxumalar və ayrı-ayrı orqanlar arasında qarşılıqlı əlaqə yaradaraq orqanizmin tamlığını təmin edir. O, orqanizmdə gedən prosesləri tənzimləyir və orqanların işinə istiqamət verərək bütün fəaliyyətlərini nəzarət altında saxlayır. Orqanizmlə xarici mühit atrasındakı əlaqə MSS-nin funksional vəziyyətindən asılıdır. Mərkəzi sinir sistemi afferent implusları qəbul edir, analiz və sintez edir, efferent impulsları formalaşdırır və onların təsiri ilə orqanların fəaliyyətini bu və ya digər istiqamətə yönəldir. O, həmçinin mühitin dəyişkənliklərinə və təsirlərinə qarşı bütöv orqanizmin uyğunlaşma reaksiyalarını formalaşdırır. Mərkəzi sinir sistemi fəaliyyətini öyrənmək fiziologiya elminin qarşısında duran çətin və son dərəcə mühüm məsələlərdən biridir. Mərkəzi sinir sisteminin müxtəlif şöbələri bir-birindən ayrılır.

  • Onurğa beyni
  • Baş beyin
  • Arxa beyin
  • Orta beyin
  • Beyincik
  • Ara beyin
  • Ön beyin

Onurğa beyni orqanizmdə bütün mürəkkəb hərəki reaksiyaların baş verməsində iştirak edir. O, dəri səthindəki eksteroreseptorlardan, proprioreseptorlardan və bədənin interoreseptorlarından (azan siniri ilə mərkəzi sinir sisteminə daşınan interoseptiv impulslardan başqa) impulslar alır. Onurğa beyni baş əzələlərindən başqa bütün skelet əzələlərini innervasiya edir.

Baş beyin-ensephalon,kəllə boşluğunda yerləşir. Beyin:

beyin kötüyündən, beyincikdən və beyin yarımkürələrindən təşkil olunub. Beyin kötüyünə-truncus encephalicus, uzunsov beyin, körpü, rombabənzər beyin boğazı, orta beyin və ara beyin aiddir.

Beyincik-cerebellum, arxa kəllə çuxurunda beynin ənsə payının altında, beyin kötüyünün arxa hissəsinin arxasında yerləşir.