Məmişli — Vikipediya

Məmişli
მამიშლო
41°18′02″ şm. e. 44°15′46″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.110 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 332 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1701[2]
Xəritəni göstər/gizlə
Məmişli xəritədə
Məmişli
Məmişli

Məmişli kəndiGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.

Kəndin qədim nəsillərinin xronologiyasına nəzər saldıqda kəndin salınma tarixi 300 ili keçir. Tarixi mənbələrdə kəndin adı Dağətəyi (Məmişli) kimi göstərilir. Məmişli kəndi Tbilisidən 63 km cənub-qərbdə. Dəniz səviyyəsindən 1200 m hündürlükdədir. 1886-cı ilin əhalinin siyahaya alınmasına görə kənddə 19 ailə (131 nəfər), 1926-cı ilin əhalinin siyahaya alınmasına görə 64 ailə (362 nəfər), 2002-ci ilin əhalinin siyahaya alınmasına görə isə 908 nəfər yaşadığı qeydə alınıb. Kəndin tarixi ilə kənddə olan böyük qədim nəsillərin tarixi sıx bağlıdır. Kəndin bünövrəsini qoyanlar Məmiş, Qasım, Salıf, Möyləqulu, Yaqub adlı şəxslər olub. Sonra kəndə gələn Keçəllər, Qaraltılar(Novruzdular), Ağalıq, Hasan evi, Əfti Kərimlər, Molla Əhməddilər, Səfərovlar, Yolçu evi ailələri ilbə il gəlib kəndi formalaşıb. Araşdırmalara əsasən əvvəllər Tuvulqunun arxası qabanlığın altında indiki kalafa deyilən yerdə olub. Bir müddət sonra isə kənd indi yerləşdiyi yerində salınıb. Belə ehtimal edilir ki, vəhşi heyvanlardan qorunmaq üçün kəndin yerini dəyişdiriblər.

Məmişli toponimi haqda. Kənddə qədim nəsillərdən Məmişdilər nəslinin adı qalmışdır. Belə söylənir ki, Məmiş adında qoçaq bir kişi olub, onun başçılığı altında ailələrini quldurlardan qoruyublar. Sonralar elə Məmiş qoruduğu yer kimi yaddaşlarda qalır. Məmiş kişinin qızları olduğundan onun davamçıları olmamışdır. Məmiş Türkiyənin Anadolu vilayətindən gəldiyi ehtimal olunur.

Məmiş adının mənası: Məhəmməd adinin xalq dilində təhrif olunmuş forması

Əhalinin məşğuliyyəti əsasən maldarlıq və əkinçilik təşkil edir.

  1. https://web.archive.org/web/20140826010819/http://census.ge/en/home.
  2. http://www.gpost.ge.