MATLAB — Vikipediya
MATLAB | |
---|---|
Yaradılma tarixi | 1984 |
Tərtibatçılar | MathWorks[1] |
Fayl sonluğu | .m , .p , .mat , .mlapp , .mltbx , .mlx , .mlappinstall və ya .mlpkginstall |
Sonuncu versiyası |
|
Əməliyyat sistemi | Microsoft Windows[3], macOS[3], Linux[3][4] |
mathworks.com/products/m… de.mathworks.com/product… | |
Vikianbarda əlaqəli mediafayllar |
MATLAB (ing. "Matrix Laboratory" sözünün qısaldılmış forması) ― texniki hesablamalarla bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və bu paketdə istifadə olunan eyniadlı proqramlaşdırma dili. 4-cü nəsil proqramlaşdırma dili olub, rəqəmsal hesablama sistemidir. MATLAB-la aşağıdakı əməliyyatlar yerinə yetirilə bilər:
- Matriks əməliyyatları;
- Funksiya və dataların qrafiklərinin çəkilməsi və təhlili;
- Alqoritmlərin tətbiqi;
- Başqa dillərdə (C, C++ və Fortran daxil) yazılmış proqramlarla əməliyyatlar.
2004-cü ildə MathWorks təşkilatı dünyada bir milyondan artıq insanın MATLAB istifadə ettiyini e’lan etti. Bu proqramın istifadəçiləri çox fərqli sahələrdə çalışırlar: mühəndislik, elm, iqtisadiyyat, və s. Böyük müştərilər arasında Massaçusets Texnologiya İnstitutu, NASA, Max Planck Cəmiyyəti və RWTH Aachen Universiteti kimi elmi tədqiqat mərkəzlərindən yanı sıra ABB Grupu, Boeing, Ford Motor, Halliburton, Lockheed Martin, Motorola, Novartis, Pfizer, Philips, Toyota, and UniCredit Bank kimi sənayə quruluşları da var.
MATLAB müasir əməliyyat sistemlərinin əksəriyyətində, o cümlədən Linux, Mac OS və Microsoft Windows sistemlərində işləyir. MATLAB yüksək-səviyyəli interpretasiya olunan proqramlaşdırma dilidir. O, matrislərə əsaslanan verilənlər strukturuna, funksiyaların geniş spektrinə, inteqrasiya olunmuş gəlişdirmə mühitinə (INTEGRATED DEVELOPMENT ENVIRONMENT), obyekt-yönlü imkanlara və başqa proqramlaşdırma dillərində yazılmış proqramlarla interfeysə malikdir. MATLAB dilində yazılmış proqramlar iki növ olur: funksiyalar və skriptlər. Funksiyaların giriş və çıxış arqumentləri, eləcə də hesablamaların aralıq nəticələrini və dəyişənləri saxlamaq üçün özəl iş fəzası olur. Skriptlər isə ümumi iş fəzasından istifadə edir. Həm skriptlər, həm də funksiyalar maşın koduna kompilyasiya olunmur və mətn faylları şəklində saxlanılır. MATLAB dilinin başlıca özəlliyi onun matrislərlə işləmək üçün geniş imkanlara malik olmasıdır.
Tarix
[redaktə | mənbəni redaktə et]MATLAB 1970-ci ildə Cleve Moler tərəfindən yazılıb. O, bu dövrdə Yeni Mexiko universitetində kompüter kibernetikası fakultəsində dekanlıq vəzifəsində idi və dili dizayn etməsinin səbəbi tələbələrinin FORTRAN dilini öyrənmədən LINPACK və EISPACK paketlərini istifadə edə bilməkləri idi. Çox qısa zaman içərisində bu proqram digər universitetlərə də yayıldı və tətbiqi riyaziyyat icmasında geniş istifadə olunmağa başladı. O dövrdə mühəndis olan Jack Little, Molerin Standford universitetinə 1983-cü ildəki ziyarəti əsnasında MATLAB-la tanış oldu. Jack proqramın iqtisadi dəyərini bilirdi və bu səbəblə Moler və Steve Bangertlə birlikdə bu proyekt üzərində çalışmağa qərar verdilər. Onlar MATLAB-ı C-də yazdılar və 1984-də onun inkişafına davam edə bilmək üçün MathWorks təşkilatını qurdular. Bu, yenidən yazılmış kitabxanalara qısaca JACPAC adı verilirdi. 2000-ci ildə MATLAB yeni, LAPACK isimli kitabxananı istifadə edə bilmək üçün yenidən proqramlandı.
Versiyalar tarixi
[redaktə | mənbəni redaktə et]Versiya | İstehsal adı | İstehsal ili | Qeydlər |
---|---|---|---|
MATLAB 1.0 | 1984 | ||
MATLAB 2 | 1986 | ||
MATLAB 3 | 1987 | ||
MATLAB 3.5 | 1990 | MS-DOS-da işləyirdi, ancaq ən az 386 işləmcisi tələb edirdi. 3.5m versiyası riyazi kompressor tələb edirdi. | |
MATLAB 4 | 1992 | ||
MATLAB 4.2c | R7 | 1994 | Windows 3.1-də işləyirdi. Riyazi kompressor tələb edirdi. |
MATLAB 5.0 | R8 | 1996 | |
MATLAB 5.1 | R9 | 1997 | |
MATLAB 5.1.1 | R9.1 | ||
MATLAB 5.2 | R10 | 1998 | |
MATLAB 5.2.1 | R10.1 | ||
MATLAB 5.3 | R11 | 1999 | |
MATLAB 5.3.1 | R11.1 | ||
MATLAB 6.0 | R12 | 2000 | |
MATLAB 6.1 | R12.1 | 2001 | |
MATLAB 6.5 | R13 | 2002 | |
MATLAB 6.5.1 | R13SP1 | 2003 | |
MATLAB 6.5.2 | R13SP2 | ||
MATLAB 7 | R14 | 2004 | |
MATLAB 7.0.1 | R14SP1 | ||
MATLAB 7.0.4 | R14SP2 | 2005 | |
MATLAB 7.1 | R14SP3 | ||
MATLAB 7.2 | R2006a | 2006 | |
MATLAB 7.3 | R2006b | ||
MATLAB 7.4 | R2007a | 2007 | |
MATLAB 7.5 | R2007b | Windows 2000 və PowerPC Mac üçün son versiya. | |
MATLAB 7.6 | R2008a | 2008 | |
MATLAB 7.7 | R2008b | ||
MATLAB 7.8 | R2009a | 2009 | 32-bit və 64-bitlik Windows 7 üçün ilk versiya. |
MATLAB 7.9 | R2009b | Intel 64-bit Mac üçün ilk və Solaris SPARC üçün son versiya. | |
MATLAB 7.10 | R2010a | 2010 | Intel 32-bit Mac üçün son versiya. |
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.