Mahaçqala — Vikipediya

Mahaçqala
Махачкала
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
42°58′57″ şm. e. 47°30′18″ ş. u.HGYO
Ölkə Rusiya Rusiya
 Dağıstan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1844
Sahəsi
  • 468,13 km²
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 662.600 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 367000–367999
Digər
newmkala.ru
Xəritəni göstər/gizlə
Mahaçqala xəritədə
Mahaçqala
Mahaçqala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahaçqala (rus. Махачкала, qum. Анжи-къала, Магьачкъала, avar. МахIачхъала, ləzg. Магьачкъала, tab. Мягьячгъала, darg. ГIянжи-Къала, МяхIячкъала, lak. МахІачкъала, Анжи[1]) — Rusiyanın cənubunda yerləşən Dağıstan Respublikasının paytaxtı. Sahəsi 671 km²[2] əhalisi 462.412 nəfərdir (2002).[3] Şəhər Böyük Qafqaz ilə Xəzər dənizinin aralığında yerləşir.

Bəzi ehtimallara görə, orta əsrlərin əvvəlində indiki Mahaçqalanın yerində Xəzər xaqanlığının paytaxtı Səməndər yerləşirdi. Həmçinin qumuq xalqının Tarku şamxallığının mərkəzi olan Tarku kəndi də burada yerləşirdi; hazırda keçmiş Tarkunun ərazisi Mahaçqalanın məhəllələrindən birinin ərazisidir.

Mahaçqala 1844-cü ildə rus hərbi istehkamı kimi salınmışdır. Şəhərin limanı 1870-ci ildə tikilib. 1898-ci ildə şəhər BakıVladiqafqaz ilə dəmiryol vasitəsilə birləşdirilib. 1914-də burada ilk neft zavodu inşa edildi.

1857-ci iləcən Petrovskoye (rus çarı I Pyotrun şərəfinə), 1921-ci iləcən Petrovsk-Port, 1920-1922-ci illər arası isə Şamilqala (Şeyx Şamilin şərəfinə) adlanırdı. İndiki adı, ləqəbi "Maxaç" olan dağıstanlı inqilabçı Məhəmməd Əli Daxadayevin şərəfinə sovet dövründə qoyulub.

Yerli əhali şəhəri Anciqala ("inci qalası") adlandırır; şəhərin futbol klubu "Anji Mahaçqala" (ФК «Анжи́» Махачкала) da məhz bu adı daşıyır.

1989-cu il siyahya almasına görə əhalisinin 21%-ni avarlar, 17%-ni ruslar, 15%-ni qumuqlar, 12,4%-ni dargilər, 12%-ni laklar, 9.5%-ni ləzgilər, 4.3%-ni çeçenlər, 1.6%-ni azərbaycanlılar, 7.2%-ni digər xalqlar təşkil edir.[4]

Mahaçqalada hazırda 62 məktəb, 5 ali məktəb, 4 kinoteatr, 3 respublika kitabxanası fəalliyət göstərir, habelə: avar, qumuq, və lakların musiqi-dram teatrları, Dağıstan Dövlət Filarmoniyası, Mahaçqala Musiqi Məktəbi, Poeziya Evi, Hökumət Evi, Şahmat Evi, Dağıstan Respublikası Milli Kitabxanası, Respublika Uşaq Kitabxanası, Dağıstan Kukla Teatrı, Dağıstan Opera və Balet Teatrı, "Dinamo" Stadionu, Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin dağüstü botanik bağı, Təsviri İncəsənət muzeyi, Cümə məscidi, Şeyx Şamil adına məscid, Müqəddəs Vladimir kilsəsi və s. fəaliyyət göstərirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Лакско-русский словарь. Лакку мазрал ва оьрус мазрал словарь. М., Гос. изд-во иностранных и национальных словарей, 1962. с. 336, 340
  2. "Administrative Divisions of Countries ("Statoids") : Raions of the Russian Federation". 2013-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-26.
  3. "Республика Дагестан". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-26.
  4. "Этнический состав населения Дагестана !". 2009-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-26.