Maqmatizm — Vikipediya
Maqmatizm (rus. магматизм, ing. magmatism) — hərəkətverici qüvvəsi maqma və onun törətdiyi bütün geoloji proseslərin məcmusu; əsasən effuziv (vulkanizm) və intruziv (plutonizm) formada təzahür edir.[1]
Başlanğıc maqmatizm
[redaktə | mənbəni redaktə et]Başlanğıc maqmatizm, Stille, 1940 - qalın sualtı vulkanogen süxur qatları (spilit-diabaz, andezit, kvars-keratofir formasiyaları) və intruziv formasiya seriyaları (hiperbazit, qabbro-plaqioqranit, qabbro-sienit formasiyaları) ilə səciyyələnən maqmatizm. Başlanğıc maqmatizm əsasi, ultraəsasi tərkibli maqma və onun turş diferensiatları xasdır. Evgeosinklinallar və qırışıqlıq vilayətlərin tipik zonalarının ilkin yaranma mərhələlərində geniş inkişaf etmişdir. Sinonim: İnsial maqmatizm.[2]
Maqmatik fəallaşma sahələrinin geokimyəvi əlamətləri
[redaktə | mənbəni redaktə et]Maqmatik fəallaşma sahələrində təbii hadisələrdən daha çox vulkanlara, zəlzələlərə və iqlim dəyişmələrinə rast gəlinir. Belə sahələrdəki sularda, xüsusən yeraltı suların yuvenil növlərində Cl elementinin miqdarının yüksəlməsi müşahidə edilir. Maqmatik fəallaşma mərhələləri yer qabığında vulkanların fəaliyyəti ilə də müşayiət oluna bilər. Bu zaman ən çox müşahidə olunan geoloji-geokimyəvi proseslər diffuziya və adsorbsiya hadisələri ilə əlaqədar baş verir. Diffuziya (F, Br, J, K, Na) və adsorbsiya (Fe, Mn, S, P, C) hadisələri bir sıra kimyəvi elementlərin miqrasiyası vasitəsilə endogen və ekzogen proseslərə öz təsirini göstərir. Yeraltı sular və bitki örtüyündə Fe, K, P elementlərinin miqdarlarının artması da maqmatik fəallaşmaları göstərən əlamətlərdən hesab edilir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Maqmatizm // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
- ↑ Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
- ↑ H.L.Mustafabəyli. Geokimya terminlərinin izahlı lüğəti (azərbaycan). Şəki: Kaskad. 2017. səh. 112. ISBN 978-9952-8330-0-3. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-08.