Maqsud Adıgözəlov — Vikipediya

Maqsud Adıgözəlov
Doğum tarixi (42 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Fəaliyyəti "Sabah" Futbol Klubunun prezidenti

Maqsud Adıgözəlov — "Sabah" Futbol Klubunun prezidenti, AFFA Klublar Komitəsinin sədri və AFFA İcraiyyə Komitəsinin üzvüdür.

Maqsud Adıgözəlov 1981-ci il 9 oktyabrda Bakı şəhərində anadan olub. 1998–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə-kredit" ixtisası üzrə bakalavr təhsili alıb. 2002–2004-cü illərdə həmin universitetdə "Maliyyə-kredit" ixtisası üzrə magistr dərəcəsi əldə edib. 2011–2012-ci illərdə The George Washington University-də "Layihələrin idarə edilməsi" ixtisası üzrə magistr təhsili alıb.

Peşəkar fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Karyerasına 2003-cü ildə Eupec Pipe Coatings Azerbaijan şirkətində Baş Operator kimi başlamış və burada 2006-cı ilə qədər fəaliyyət göstərmişdir. Daha sonra, 2006–2017-ci illərdə Access Bank-da İnzibati İdarənin rəhbəri kimi çalışmışdır. 2017-ci ildən etibarən "Sabah" Futbol Klubunun Prezidenti vəzifəsini icra edir. 2023-cü ildən AFFA-nın Klublar Komitəsinin sədri vəzifəsini də yerinə yetirir.