Marko Polo — Vikipediya

Marko Polo
it. Marco Polo
yuuuos
yuuuos
Digər adı euir
Doğum tarixi
Doğum yeri Venesiya, İtaliya İtaliya
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Venesiya, İtaliya İtaliya
Vətəndaşlığı ryehke
Fəaliyyəti səyyah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marko Polo (15 sentyabr 1254[1], Venesiya, Venesiya Respublikası[2]8 yanvar 1324[2][3], Venesiya, Venesiya Respublikası[2]) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə ŞamaxıBərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır.

XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır. Marko Polonun 14 gəmidən ibarət donanması 1292-ci ildə Zeytun (hazırkı Tyançjou) limanından yola çıxır. Hər yerdə Asiyanın şərq və cənub sahillərinə yaxın üzərək Hind-Çinin və Şri-Lankanın yanından keçib Hörmüzə gəlirlər. Yalnız 1295-ci ildə Polonun ailəsi böyük varidatla Venesiyaya qayıdır.

Onun səyahət təfərrüatları 1298-ci ildə «Marko Polonun kitabı» adı altında nəşr olunmuşdur. Bu kitab Markonun gəzdiyi ölkələrin coğrafiyası, etnoqrafiyası, tarixi haqqında qiymətli mənbədir. Kitab avropalıların bilik dairəsini əsaslı surətdə genişləndirdi, ordan-burdan eşitdikləri ölkələr haqqında müfəssəl məlumat verdi. Marko Polonun – yerdən çıxarılan, yeyiləsi olmayan, lakin yana bilən qara daşların (kömürün) hasilatı haqqında verdiyi məlumatlara ilk zamanlar hətta inana bilmirdilər. Onun kitabında Azərbaycan, Rusiya, tarixi İpək yolu və s. haqqında da ətraflı məlumatlar verilirdi.

Geniş fikirli coğraflar Marko Polonun kitabından ən etibarlı mənbə kimi istifadə edərək şərqin adları çəkilən yeni-yeni ölkə və şəhərləri tərtib etdikləri xəritələrdə göstərirdilər. İlk dəfə 1375-ci ildə düzəldilmiş dünyanın atlasında Polonun məlumatlarında geniş istifadə olunmuşdur.

Marko Polonun müxtəlif avropa dillərinə tərcümə olunan kitabı XIV-XVI əsrlərin dəniz səyyahlarına, o cümlədən X.Kolumba dərin təsir göstərmişdir. Sonralar nəinki tacirlər, həm də xristian dininin təbliğatçıları – missionerlər də Şərq ölkələrinə səyahətlərində coğrafi məlumatlar toplamağa çalışırdılar. Onların sırasında Papa səfirliyi ilə birgə 1289-1330-cu illərdə Çinə səyahət etmiş C.Montekorvinonun adını çəkmək olar.

  1. Marco Polo // Encyclopédie Larousse en ligne (fr.).
  2. 1 2 3 Maraini F., Peters E. Marco Polo // Encyclopædia Britannica (ing.).
  3. Errera C., autori vari POLO, Marco // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1935. Vol. III Appendice.
  • Mahmudov Y. M. Səyyahlar Azərbaycana gəlir. Bakı: "Gənclik" nəşriyyatı. 1977. s. 6-10.